Almaniya prezidentinin Kiyevə səfəri...
26.10.2022 [10:37]
Münaqişənin həllinə hər hansı təsir göstərə bilərmi?
N.BAYRAMLI
Rusiya-Ukrayna münaqişəsinin alovlandığı bir vaxtda Almaniya prezidenti Frank-Valter Ştaynmayer Kiyevə səfər edib. Prezident Ukraynanın paytaxtına qatarla səfər edib. Belə ki, Almaniya prezidentinin mətbuat katibi Kerstin Hammelin özünün tvitter hesabında dövlət başçısının Ukrayna paytaxtının dəmir yolu vağzalındakı fotosunu paylaşaraq qeyd edib: “Bizim həmrəyliyimiz sarsılmazdır və belə qalacaq. Federal prezident Ştaynmayer Ukraynaya gəlib”.
Xatırladaq ki, bu, Ştaynmayerin Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Kiyevə ilk səfəridir. Bu ilin aprelində Ukrayna hakimiyyəti Almaniya prezidentinin səfərini Rusiya ilə əlaqələrinə görə rədd etmişdi. Belə olan halda, Frank-Valter Ştaynmayerin Ukraynaya bu səfəri münaqişənin həllinə hansısa töhfə verə bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi geosiyasi proseslərə ciddi təsir göstərib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edib. Avropa İttifaqı tərəfindən artıq səkkiz sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmasına məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, bütövlükdə, NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. Amma Rusiya da qarşı tərəfin addımlarını cavabsız qoymur və özünün enerji-qaz siyasəti ilə onları çətin duruma salır. Bu siyasətin nəticəsidir ki, bir sıra Avropa ölkələrində enerjinin və digər məhsulların qiyməti durmadan artır. Qarşıdan gələn qış aylarında Avropanın çətin sınaqla üzləşəcəyi gözlənilir.
Onun sözlərinə görə, Almaniya Ukraynaya müəyyən qədər silah yardımı edir: “Amma bu silah yardımı Ukraynanı qane etmir, rəsmi Kİyev daha çox hərbi yardım gözləyir. Frank-Valter Ştaynmayerin Ukraynaya səfəri ərəfəsində Almaniya kansleri Olaf Şolts Berlində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üzrə beynəlxalq ekspert konfransında Rusiyanı sərt tənqid edib. Kansler deyib ki, Rusiya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, bu ölkəyə sülh şərtlərini diktə etməyə icazə vermək olmaz. Şoltsun fikrincə, Ukrayna prezidenti Zelenski münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir. “Lakin biz Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə imkan verə bilmərik, bu, sadəcə olaraq, mümkün deyil. Bundestaqda da eyni fikir var, bütün bunlar bizi birləşdirir”, - deyən Kanslerdən fərqli olaraq, Almaniyanın prezidenti Ukraynada Rusiya prezidentinin dostu kimi tanınır. Məhz bu səbəbdən bu ilin aprel ayında Zelenski Almaniya prezidenti ilə görüşməkdən imtina etmişdi. Görünür, problemin həlli üçün Almaniyanın yeni təşəbbüsləri var. Bu səbəbdən, Zelenski Frank-Valter Ştaynmayerin Ukraynaya səfər etməsinə razılıq verib”.
Politoloq qeyd edib ki, son vaxtlar Rusiyanın uzaqmənzilli raketlərlə Ukrayna şəhərlərini atəşə tutması, bir çox enerji infrastrukturunu məhv etməsi bu ölkəni çətin duruma salıb. Qarşıdan qış fəslinin gəldiyini nəzərə alsaq, Ukrayna əhalisi cıddi sınaqla üz-üzə qalacaq. “Ona görə də, bugünlərdə Avropa İttifaqı Ukraynanın enerji infrastrukturunun bərpası üçün bir milyard avro təcili yardım ayırıb. Berlində keçirilən beynəlxalq ekspertlərin konfransında Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Rusiya Ukraynanın mülki, xüsusilə enerji infrastrukturunu hədəfə alır. O, Aİ-nin Ukraynaya 400 elektrik generatoru verdiyini, amma bunun son olmadığını söyləyib”.
Həmsöhbətimizin fikrincə, Almaniya prezidentinin Ukraynaya səfəri münaqişənin həllinə hər hansı təsir göstərməyəcək. Onun sözlərinə görə, problemin həllində ən yaxşı vasitəçi rolunu Türkiyə oynayır: “Rusiya-Ukrayna münaqişəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir. Eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Ona görə də, düşünürəm ki, Almaniyanın dövlət başçısının Kiyevə səfəri Ukrayna xalqına dəstək və tərəfləri sülhə çağıran bəyanatlardan başqa heç nə ilə yadda qalmayacaq”.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

