Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Öhdəliklər yerinə yetirilməsə...

Öhdəliklər yerinə yetirilməsə...

17.01.2023 [10:59]

Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq

NARDAR

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. İbrahim Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. “Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların iki ay - iki ay yarım vaxtı qalıb”, - deyə, dövlət başçısının sözçüsü vurğulayıb. Türkiyə rəsmisi onu da söyləyib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaları onların nə qədər sürətlə və ciddi addımlar atmasından asılıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İlknur Çevik də İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb. O deyib ki, bu şərtlər altında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyimiz qeyri-mümkündür: “Madrid zirvəsi zamanı götürülən öhdəliklər nəinki yerinə yetirilmir, yeni problemlər də var”. Türkiyənin tələblərini xatırladan Çevik terror qruplaşmalarına üzv olan şəxslərin rəsmi Ankaraya təhvil verilməsinin vacib olduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.

Mövzu ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, həmin ölkələr Türkiyənin rəyini nəzərə almalıdırlar. Çünki terrorizm bütün dünya üçün təhlükədir. Ona görə də, bu məsələdə fərqli yanaşma olmamalıdır. YPG/PKK-nin nə qədər böyük cinayətlər törətdiyi məlumdur. Əgər bu terror təşkilatı Türkiyəyə qarşı deyil, hansısa Avropa ölkələrində də cinayətlər törətsəydi, buna Avropanın münasibəti necə olardı? Terrorçuluğun bütün hallarda böyük cinayət olduğunu deyən R.Alıyevin sözlərinə görə, İsveç və Finlandiyanın terror təşkilatlarına dəstəyi qəbuledilməzdir: “Artıq bu ölkələrin rəsmi şəxsləri

NATO-ya daxil olmaqla bağlı mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyə tərəfi ilə dəfələrlə müzakirələr aparıblar. Təbii ki, müzakirələrdə Türkiyə tərəfi hər iki ölkəyə öz haqlı mövqeyini çatdırıb. Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, amma terroru dəstəkləyən ölkələrin alyansa qoşulmasına qarşıdır. Bu səbəbdən də, İsveç və Finlandiya terrorçuları dəstəkləməyə son qoymalıdır”.

Politoloq qeyd edib ki, Türkiyə öz mövqeyində tamamilə haqlıdır. NATO da Türkiyəyə müttəfiq olacaq ölkələr terror təşkilatı olan YPG/PKK-ya dəstək verməməlidirlər. “Doğrudur, İsveç və Finlandiya Türkiyənin bəzi tələblərini yerinə yetirib. Amma bu, yetərli deyil. ABŞ və bir sıra Avropa ölkələri PKK-nı çoxdan terror təşkilatı kimi tanıyıblar. Belə olan halda, İsveç və Finlandiyanın bəzi terrorçuları Türkiyəyə təhvil verməməsi qəbuledilməzdir”.

Həmsöhbətimizin fikrincə, NATO-nun digər üzvləri, ABŞ və Avropa dövlətləri birtərəfli mövqe nümayiş etdirməməli, Türkiyənin şərtlərini anlayışla qarşılamalıdırlar: “NATO üzvlərinin böyük əksəriyyəti İsveç və Finlandiyanın təşkilata üzvlüyü məsələsini ratifikasiya ediblər. Amma onlar Türkiyənin narahatlığını anlamalı, hər iki ölkəni terror təşkilatını dəstəkləməkdən çəkindirməlidirlər. Çünki terrorizm bütün dünya üçün böyük təhlükədir. Hazırki şəraitdə Finlandiya və İsveçin NATO-ya qoşulması üçün Türkiyənin tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Türkiyə güclü dövlətdir və onunla hesablaşmamaq mümkün deyil. Bu baxımdan, Türkiyə tərəfinin xəbərdarlığı hər iki ölkə üçün ciddi siqnaldır”.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28