Kremlin parçalanan orbiti: MDB və Şərqi Avropa yeni başlanğıc ərəfəsində
07.02.2023 [11:01]
Murad Köhnəqala
Rusiya Avrasiyada hökmranlığını birdəfəlik bərqərar etmək üçün 2021-ci ildə Ukrayna ərazisinə hərbi müdaxilə etdi. Lakin işlər heç də Kremlin planlaşdırdığı kimi getmədi. Moskvanın Ukraynada “ildırımsürətli” müharibə planı, demək olar, iflasa uğramaqdadır. Ukraynada gözlənilməz müqavimət və hərbi güclə qarşılaşan Rusiya, artıq nə geri çəkilə, nə də irəliləyə bilir. Bəs Qərbin Ukraynaya dəstək verdiyi, Rusiyaya isə ağır sanksiyalar tətbiq etdiyi bu dönəmdə postsovet məkanında hansı siyasi meyillər baş qaldırır? Rusiyanın nüfuzdan düşməsi Türkiyəni regionda lider qüvvəyə çevirə biləcəkmi?
Keçmiş sovet respublikaları Rusiyanın Ukraynada uğursuzluğa düçar olmasından ruhlanaraq, nəhayət, regionda rus diktəsinin azalacağına ümid bəsləyirlər. MDB ölkələrinin rəsmiləri açıq bəyan edirlər ki, artıq regionda Rusiyanın təsir dairəsindən çıxmaq üçün tarixi şərait yaranıb və onlar bu şəraitdən maksimum istifadə edəcəklər. Rusiyanın, demək olar, bütün qonşu ölkələrdə və əli çatan respublikalarda süni etnik münaqişə ocaqları yaratması, SSRİ dağılandan bəri bu münaqişə ocaqlarını alovlandıraraq, istədiyi zaman təzyiq vasitəsi kimi istifadə etməsi çoxdan bilinən faktdır.
Ukraynadakı müharibəni Rusiyanın dalana dirənməsi kimi qiymətləndirmək olar. Bu situasiya MDB məkanı ilə yanaşı, Şərqi Avropa ölkələri üçün də yeni bir başlanğıc vəd edir.
Kremldən qaçış: Qazaxıstan
Kremlin uğursuzluğu ən çox Avropa İttifaqına üzv olmaq üçün müraciət edən və müharibə başlanandan sonra İttifaqa namizəd statusu verilən Ukrayna və Moldovada göründü. Ukraynaya təcavüz Qazaxıstan kimi ənənəvi rus müttəfiqini də Moskvanın regiona təsirini məhdudlaşdırmağa çalışan güclərlə dinamik əlaqələr qurmağa sövq etdi. Bu məqamda Rusiyanın əyaləti rolunu oynayan Ermənistan da fürsətdən yararlanmağa çalışır. Rusiyanın zəifləməyə doğru getdiyi bir vaxtda Paşinyan hökuməti üzünü Qərbə, konkret olaraq, Fransaya tutmaqdadır.
Keçmiş müttəfiqlərinin bir-bir üz döndərdiyi Rusiya indi sözün əsl mənasında dalana dirənib.
2022-ci ilin fevral ayının 24-də Ukrayna ərazisinə qoşun yeridən Putin çıxışlarının birində Qazaxıstanı MDB ölkələrinə nümunə göstərmişdi. Bu çıxışından düz bir ay öncə isə Rusiya lideri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə ölkəsindəki iğtişaşları yatırmaq üçün KTMT əməkdaşlığı çərçivəsində qoşun göndərmişdi. Lakin göründüyü kimi, Tokayev Putinin ideyasını dəstəkləmədi. Üstəlik, 2022-ci ilin sentyabrında Rusiyada hərbi səfərbərlik elan olunandan sonra Ukrayna müharibəsində iştirak etmək istəməyən yüz minlərlə Rusiya vətəndaşının Qazaxıstan sərhədini keçməsinə icazə verdi.
Noyabr ayında isə Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycandan Türkiyənin Aralıq dənizi sahillərinə qədər uzanan Bakı-Ceyhan boru kəmərinə neft vurmaqla Xəzər dənizi vasitəsilə neft ixracını 1,5 milyon tona çatdıracağını rəsmi şəkildə elan etdi. Astananın bu addımı atmasına səbəb Moskvanın müxtəlif vaxtlarda Qazaxıstan neftinin nəqlinə maneələr törətməsi olub. Belə ki, Rusiya ona lazım olan vaxtlarda neft borularında texniki və ya tənzimləmə problemlərini əsas gətirərək Qazaxıstan neftinin nəqlinin dayandırılmasına səbəb olmuşdu. Bütün bunlar Rusiyanın Qazaxıstan üçün heç də etibarlı müttəfiq olmadığını sübut edir.
Ötən il Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında milli müdafiə və təhlükəsizlik əlaqələri barədə danışıqlar aparıb. Bundan başqa, Qazaxıstan lideri Türkiyənin vasitəçiliyi ilə ticarət və investisiya əməkdaşlığını artırmaq üçün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edib.
Özbəkistan da Rusiya ilə “sağollaşır”
Rusiya ilə ticarətdən xeyli asılı olan Özbəkistan isə hələ Ukrayna müharibəsindən əvvəl Moskvanın təsir dairəsindən çıxmağa can atırdı. Ötən ilin iyul ayında Özbəkistan hökuməti Aİ ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayıb. Dekabrda isə rəsmi Daşkənd ABŞ-la yeni Strateji Tərəfdaşlıq Dialoqunun ikinci iclasından sonra yaydığı birgə bəyanatda “ölkənin yeni ticarət yolları yaratmağa, idxal və ixrac bazarlarını şaxələndirməyə hazır olması” barədə rəsmi açıqlama verdi.
Lakin Rusiyanın müharibə və sanksiyalar nəticəsində zəifləməsi Moskvadan bilavasitə asılı olan Ermənistanda məyusluqla qarşılanır. Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğraması, regionda getdikcə güclənməkdə olan rəsmi Bakı ilə əlaqələri bərpa edə bilməməsi, Türkiyə ilə soyuq münasibətlərin davam eləməsi eynilə ağası Moskva kimi İrəvanın da küncə sıxışdırılmasına gətirib çıxarır.
Ermənistan Rusiyadan “boşanır”
Təkcə yanvar ayında ermənilərin Gümrüdəki Rusiya hərbi bazası yaxınlığında “Rusiya işğalçı qüvvələri Ermənistandan çıxarılsın” kimi şüarlarla müşayiət olunan bir neçə etiraz aksiyası keçirilib. Ermənilərin daimi müttəfiqi və müdafiəçisi olan Kremlə qarşı keçirdikləri nümayişlər əvvəlkilərlə müqayisədə daha kəskin və aqressiv şüarlarla müşayiət olunur.
Bu arada Nikol Paşinyan Ermənistanın ardıcıl yardım xahişlərinə cavab verməyən Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının planlaşdırılan hərbi təlimlərinə ev sahibliyi etməyəcəklərini açıqlayıb. Bunun əvəzində isə Avropa İttifaqı Ermənistanın Rusiyadan müdafiə olunmaq üçün kömək istəməsinə cavab olaraq sərhədə nəzarət məqsədilə iki illik mülki monitorinq missiyası göndərməyə qərar verib.
Bundan əlavə, yadınızdadırsa, oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması barədə son 13 ildə ilk dəfə liderlər səviyyəsində danışıqlar aparılmışdı. Bütün bunlar Ermənistanın Rusiyanın hamiliyindən əlini üzdüyü bir vaxtda, Azərbaycanla Türkiyənin regionda nüfuzunun genişlənməsi fonunda baş verir.
Azərbaycan: balanslı siyasət və etibarlı tərəfdaşlıq
Bu arada Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Aİ Rusiya nefti və qazından imtina etdiyi bir vaxtda Azərbaycan iyul ayında 2027-ci ilə qədər Aİ-yə qaz ixracını iki dəfə artırmağı nəzərdə tutan saziş imzalayıb. Bununla yanaşı, Aİ Ukrayna və Moldovanın da qatılacağı, Azərbaycandan Qara dəniz vasitəsilə Aİ ölkələrinə birbaşa elektrik enerjisi nəqlinin maliyyələşdirilməsinə də kömək edəcəyini bildirib. Dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı ilə bağlı saziş imzalanıb.
Ümumilikdə, son proseslər Şərqi Avropa ölkələrinin Azərbaycana marağının artmasına səbəb olub. Azərbaycanla Macarıstan arasında imzalanan “Tərəfdaşlıq bəyannaməsi”ni, Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfərini, Rumıniyanın “Romqaz” şirkəti ilə Azərbaycanın “SOCAR” Dövlət Neft Şirkətinin birgə sazişini buna misal göstərmək olar.
Gürcüstan Rusiyaya geri dönür?
Maraqlıdır ki, Rusiyanın təsirindən çıxmağa çalışan ölkələr arasında Gürcüstan öz passivliyi ilə sonuncu sıralarda görünür. Qərbdə belə düşünürlər ki, Gürcüstanın özü Rusiya təcavüzünün qurbanı olsa da, on minlərlə Rusiya vətəndaşı səfərbərlikdən yayınmaq üçün bu ölkəyə qaçsa da, Kremlin əli MDB coğrafiyasında ən çox Gürcüstanda hiss olunur.
Qısa müddət baş nazir vəzifəsində çalışmış rusiyalı iş adamı Bidzina İvanişvili hazırda idarəçilikdə hər hansı rəsmi post tutmasa da, baş nazir olduğu vaxtdan bu günədək ölkə siyasətində əsas söz sahibidir. İvanişvilinin yaratdığı “Gürcü arzusu” partiyası parlamentdə “Xalqın gücü” adlı radikal, anti-Qərb siyasəti aparan koalisiya formalaşdırıb.
Vaxtilə Rusiyaya qarşı açıq mübarizə aparan Gürcüstan artıq sürətlə Kremlin orbitinə çəkilməkdədir. “Gürcü arzusu” partiyası parlamentdə Ukrayna tərəfdarlarının çıxışlarına bacardığı qədər imkan vermir. İvanişvilinin nəzarətində olan media isə qərbyönümlü partiyaları ölkənin Rusiya ilə müharibəyə sürüklənməsinə çalışmaqda ittiham edir.
Xatırladaq ki, Ukrayna müharibəsi başlanandan sonra Gürcüstan Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edib. Bu fonda Qərb Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin acınacaqlı durumunu da nəzərdən qaçırmır.
İddia olunur ki, Saakaşvilinin həbsdə saxlanması da Gürcüstanın Avropaya inteqrasiya şansını əngəlləyən səbəblərdəndir. Əsas problem isə Gürcüstanın Aİ-yə namizəd statusu ilə bağlı müraciətinin ötən ilin iyununda hökumətin yerinə yetirmədiyi 12 tələbdən ibarət siyahı ilə birgə geri qaytarılması olub.
Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanın başı öz problemlərinə qarışdığından ondan bu və ya digər dərəcədə asılı olan dövlətlər artıq regionda əsas gücə çevrilən Türkiyəyə, xüsusilə də NATO-ya tərəf addımlarını sürətləndirirlər.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35
