Rusiya yenidən nüvə ritorikasına keçdi…
23.02.2023 [11:08]
Müharibənin daha da alovlanacağı gözlənilir
Kremlin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakını dayandırması nələr vəd edir?
Rusiya ilə Ukrayna arasındakı müharibə yeni fazaya qədəm qoymaq üzrədir. Fevralın 20-də ABŞ Prezidenti Co Baydenin Ukraynaya gözlənilməz səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar, eyni zamanda Polşadakı çıxışı, Ukraynaya ediləcək hərbi yardımların anonsları qarşı tərəfi də "səfərbər" edib. Ukraynanın yenidən silahlandırılmasına qarşı Kreml ənənəvi üsula əl atır – nüvə ritorikası yenidən gündəmə gətirilir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyasının “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakın dayandırılması ilə bağlı layihəni təqdim edib və Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakını dayandırdığını açıqayıb. O bildirib ki, Rusiya müqavilədən çıxmır, sadəcə iştirakını dayandırır. KİV-in məlumatına görə, bu barədə Dumanın spikeri Vyaçeslav Volodin bildirib.
Avropadan çağırış: Rusiya qərarına bir də baxsın
Rusyianın bu qərarı ilk növbədə Qərb tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir sıra Avropa ölkələri Kremlə çağırışlar edib və dünyanı yeni təhlükə ilə qarşı – qarşıya qoymamağı məsləhət görüb. Məsələn, Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü Putinin Rusiyanın “New START Müqaviləsi”ndə iştirakını dayandırmaq barədə tələsik qərarını yenidən nəzərdən keçirə biləcəyinə ümid bəslədiklərini deyib. O bildirib ki, silahlara nəzarət planetimizin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.
Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin müraciəti, eləcə də ABŞ prezidenti Co Baydenin Varşavadakı çıxışı dünyanın daha da gərginləşmə istiqamətində hərəkətini davam etdirdiyini göstərib: "Prezident Putin üçün həqiqət Rusiyanın, onun tərəfindədir. Prezident Bayden üçün isə Ukrayna Rusiyanın qalib gələcəyi yer deyil. Bütün bunları eşidəndə və bütün bunları nəzərdə tutanda aydın olur ki, biz münaqişənin alovlanması və daha da gərginləşməsinə doğru irəliləyirik".
ABŞ-ın dövlət katibi Entoni Blinken isə bildirib ki, ölkəsi Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilə üzrə Rusiya ilə hələ də istənilən vaxt danışıqlara hazırdır. O, Rusiyanın "Strateji Hücum Silahlarının azaldılması haqqında Müqavilə"də iştirakının dayandırmasına dair qərarından məyus olduğunu vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulamışdı.
Müqavilə strateji hücum silahlarının məhdudlaşdırmasını nəzərdə tuturdu
"Strateji Silahların Azaldılması Müqaviləsi" 2010-cu ilin aprelin 8-də Praqada Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Müqavilənin rəsmi adı Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilədir. Müqavilə 2010-cu ilin dekabrın 22-də ABŞ Senatında, 2011-ci il yanvarın 25-də və 26-da isə Rusiya Federasiyasının Dövlət Duması və Federasiya Şurasında təsdiqlənib. Ratifikasiya ilə bağlı qərarda isə tərəflər müqaviləyə bir sıra "yeni artırmalar" etdilər: ABŞ Konqresinin qətnaməsində qeyd olunurdu ki, “yeni müqavilə Avropa da daxil olmaqla, raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə məhdudiyyətlər qoymur”. Rusiyanın ratifikasiya sənədində isə bildirilirdi ki, ABŞ-ın "raket mənzili" məsafəsi Rusiya Federasiyası üçün təhlükəyə çevrilən zaman Moskva sənəddən çıxmaq hüququnu özündə saxlayır. Qəbul edilən qərarlarda ayrı-ayrılıqda qeyd olunub ki, strateji hücum silahları ilə raketdən müdafiə vasitələri arasında əlaqəni əks etdirən preambulanın müddəaları hüquqi qüvvəyə malikdir və tərəflər tərəfindən tam nəzərə alınmalıdır. Ratifikasiya qanunları 2011-ci il yanvarın 28-də Rusiya Federasiyasının Prezidenti, 2 fevral 2011-ci ildə isə ABŞ Prezidenti tərəfindən imzalanıb. Ratifikasiya sənədlərinin mübadiləsi isə 2011-ci il fevralın 5-də Münhendə baş tutub. Bundan sonra isə sənəd hüquqi qüvvəyə minib - 31 iyul 1991-ci il tarixli Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqaviləni (START-1) və 24 may 2002-ci il tarixli Strateji Hücum Potensiallarının Azaldılması haqqında Müqaviləni (SOR) əvəz edib.
İmzalanan müqavilə hər iki tərəfin strateji hücum silahlarının azaldılmasını və məhdudlaşdırmasını nəzərdə tuturdu: sənəd hər bir ölkənin arsenalını 1550 nüvə başlığı, 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə ilə məhdudlaşdırır. Müqavilə uyğunluğu yoxlamaq üçün yerində yoxlamaların aparılmasını nəzərdə tutur. Müqavilə beş ildən çox olmayan müddətə uzadılmaq imkanı ilə on il (2021-ci ilin fevral ayına qədər) üçün nəzərdə tutulmuşdu. Sənədə müqavilədən çıxış bəndi də daxildir.
Yeni iddialar, yeni düzəlişlər – 5 il də artırıldı…
Qeyd edək ki, müqavilə ilə bağlı hər bir tərəfin özünün iddiaları və "düzəlişləri" vardı. Məsələn, Rusiya ABŞ-ın get-gedə sərhədlərinə yaxınlaşmasını düzgün hesab etmirdi – ABŞ isə Kremli bu müqavilədə nəzərdə tutulandan daha çox nüvə başlığı saxlamaqda ittiham etdirdi. Hətta 2017-ci ildə ABŞ-da hakimiyyətə gələn respublikaçı Donald Tramp müqaviləni “birtərəfli razılaşma” adlandırmışdı və bunun Moskva üçün Vaşinqtondan daha sərfəli olduğuna inanırdı. Tramp administrasiyası müqaviləni Çini də daxil etməklə yeniləməkdə israrlı olsa da, Rusiya heç bir şərt olmadan sənədin müddətini uzatmağı təklif edirdi.
2021-ci ildə Co Baydenin prezident seçkilərində qalibiyyət qazanmasından sonra sənədin müddəti heç bir şərt olmadan uzadıldı. 2021-ci il yanvarın 26-da Rusiya və ABŞ onun beş il müddətinə (5 fevral 2026-cı il tarixinədək) uzadılmasına dair razılığın əldə olunmasına dair nota mübadiləsi apardılar.
2022-ci ilin sentyabrın 1-nə olan statistik məlumatlara əsasən Rusiya 540 540 nüvə silahı daşıyıcısına, 1549 nüvə başlığına və 759 buraxılış qurğusuna malikdir. Bunun qarşılığında isə ABŞ-ın 659 daşıyıcısı, 1420 döyüş başlığı və 800 buraxılış qurğusu var. Ekspertlərin fikrincə, Rusiya və ABŞ-ın strateji nüvə qüvvələri arasında təxmini paritet qalmaqdadır.
Siyasi, hərbi ambisiyalar nüvə müharibəsinə aparır
Göründüyü kimi, artıq Qərbin özü həyəcan təbili çalır - həm aparıcı KİV-lər, həm də dövlətlər nüvə təhlükəsi ilə bağlı təbliğat aparır. Bu isə təsadüfi deyil. Çünki müharibənin qədəm qoyduğu ikinci il daha fərqli mənzərə "vəd edir". Qərb müharibənin uzanmasında maraqlı görünmür. Ən azından martın axırına qədər – II Demokratiya Sammitinə qədər problemin həllinə çalışır. Rusiya isə demək olar ki, müharibənin ilk günlərindən etibarən apardığı təbliğatdan kənara çıxmır - yeni müharibə qarşılığında "nüvə döyüşü" vəd edir. Təbii ki, nüvə qarşıdurması müharibələrin ən təhlükəli mərhələsidir. Nüvə müharibələri kütləvi – 100 minlərlə insanın ölümü deməkdir. Eyni zamanda, təbii şəraitdən asılı olaraq bu, 100 minlərlə kilometr məsafə üçün humanaitar fəlakət vəd edir. Bu amil isə mütləq şəkildə nəzərə alınmalıdır – siyasi və ya hərbi ambisiyalar planet üçün təhdidə çevrilməməlidir…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
