NATO-dan Ukraynaya ağlasığmaz təklif: “Torpaqları Rusiyaya verin...”
22.08.2023 [11:40]
Rusiya-Ukrayna müharibəsi uzandıqca bu iki dövlətlə yanaşı onların qonşuları, hər iki ölkə ilə siyasi və iqtisadi əlaqəsi olan region dövlətləri də xeyli dərəcədə zərər çəkir. Xüsusilə Şərqi Avropa ölkələri bu müharibənin tezliklə başa çatmasında maraqlıdır, onlar həm də Rusiya ilə Qərbin döyüş poliqonuna çevrilməkdən ehtiyat edirlər.
Bu günlərdə NATO baş katibliyi ofisinin rəhbəri Stian Yenssenin Ukraynanın NATO-ya daxil olmaq üçün işğal edilmiş ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getmək barədə təklifi Kiyev başda olmaqla, Şərqi Avropanın siyasi kuluarlarında böyük rezonans doğurub.
NATO sözçüsünün fikirlərini şərh edən xorvatiyalı politoloq D.Mariyanoviç hesab edir ki, artıq Qərb Ukraynaya təslim olmaq vaxtının gəldiyi barədə açıq işarə vurur. Onun sözlərinə görə, NATO baş katibliyi ofisinin rəhbəri Stian Yenssen əraziləri Rusiyanın xeyrinə güzəştə getməyi təklif edən ilk avropalı diplomatdır. Bu açıqlama heç də təsadüfi deyil. Yenssen bu fikirləri ilə Kiyev üçün hazırlanan ilk “sınaq şarını” ehtiyatla havaya buraxıb. Mariyanoviçin fikrincə, məlum açıqlamanı Qərbdən gələn ilk simptom kimi başa düşmək lazımdır, yəqin bunun ardınca başqa gözlənilməz təkliflər də olacaq. Maraqlıdır ki, Yenssen təklifini səsləndirərkən “üzr istəyirəm” ifadəsini işlətsə də, torpaqları Rusiyaya güzəştə getməklə bağlı irəli sürdüyü fikirlərindən imtina etməyib.
Qərbin sözdəki və üzdəki dəstəyi
Konfliktoloq öz yazısında qeyd edir ki, Ukrayna müharibəsinin başlanğıcından Kiyev nüfuzlu Qərb müttəfiqlərinə, ilk növbədə Vaşinqton və Londona, eləcə də Avropa İttifaqının əksər üzvlərinə arxalanırdı. Onlar (Qərb ölkələri) ilk mərhələdə yazılmamış qaydaya əməl etdilər: Ukraynanı necə lazımdırsa, dəstəklədilər. Bu ideya Co Bayden administrasiyası və şəxsən Baydenin özü tərəfindən qısa zamanda populyarlaşdı.
Aİ ölkələri arasında Ukraynanı dəstəkləyənlər iki formada özünü göstərdi: əməldə dəstək verənlər və sözdə qızışdıranlar.
Doğrudur, Qərbdən dəstək almaq dildə yaxşı səslənir, lakin Kiyev xeyli müddətdir bu dəstəyin konkret öhdəliklərdən deyil, yalnız sözlərdən ibarət olmasından narahatdır. Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) beşinci maddəsi kimi bir köməyə ümid etmək istərdi, lakin reallıq odur ki, yalnız NATO üzvü olan ölkələr bu imtiyazlara malikdir. İndiki vəziyyətdə isə xüsusi prosedur əsasında Şimali Atlantika Alyansına buraxılmadığına görə Kiyev ancaq “kollektiv təhlükəsizliyi qorumaq” üçün zəmanətli dəstək tələb edə bilər və edir də.
Bu arada onu da bildirmək lazımdır ki, Ukrayna özünü bütün Avropanın müdafiəçisi kimi təqdim etsə də, reallıqda bu yükü daşıya bilmir. Kiyevə milyardlarla pul və lazımi qədər silah verilir, lakin bir gün Qərbdə (xüsusən də ABŞ-da) baş verə biləcək siyasi dəyişikliklər ucbatından Kiyev bütün bu yardımlardan məhrum ola bilər. Qərbdə bu müharibənin heç bir hərbi və ya geosiyasi nəticə verməyəcəyini, uzandıqca uzanan savaşın resurs itkisindən başqa bir şey olmadığını düşünən insanların sayı kifayət qədərdir.
Müharibə iqtisadiyyatı
Ekspertlərin fikrincə, müharibə boyunca Rusiya Federasiyasının tədricən zəifləyəcəyini düşünənlər səhvə yol verirlər. Rusiya müharibə iqtisadiyyatına keçib və bu prosesdə (silahlı qarşıdurma davam etdikcə) canlı və texniki qüvvəsini itirsə də, geniş mənada daha da güclənir. Birincisi, “yuxarıdakı güc” (yəni Rusiya hakimiyyəti) möhkəmlənir. Elə buna görə də Vladimir Putin ciddi təhlükə kimi görünən, yaxud sınaq üçün qurulmuş “Vaqner” üsyanını dərhal yatıra bildi. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası dünyanın qalan ölkələri, eləcə də Afrika dövlətləri ilə ticarət və siyasi əlaqələrini fəal şəkildə inkişaf etdirir, halbuki sanksiyalardan əvvəl zəngin Avropa bazarları ilə işləyərkən ruslar buna əhəmiyyət vermirdilər. Uzunmüddətli perspektivdə bu siyasət də Rusiyanı gücləndirəcək. Bütün bunlardan başqa, Rusiya intensiv şəkildə silah istehsal edir, yəni müharibə gedə-gedə hərbi sənaye kompleksini gücləndirir. Beləliklə də Moskva özünün müharibə iqtisadiyyatını yaradır. Necə deyərlər, şimal qonşumuz müharibədən də “pul çıxarır”.
Xorvatiyalı analitik D.Mariyanoviç “Advance”də dərc olunan məqaləsində müharibə boyu Rusiyanın zəifləyəcəyi proqnozunun özünü doğrultmayacağını qeyd edir. Onun fikrincə, ABŞ və müttəfiqləri artıq Rusiyanın “tükənməsi” illüziyasının əks-effekt verdiyini anlayır. Elə bu səbəbdən də onlar müharibəni başa çatdırmaq üçün yollar axtarmağa başlayıblar.
Təklif, yoxsa təhqir?
Qərbin Kiyevin arxasından geri çəkiləcəyini düşünən ekspertlərin fikrincə, NATO-ya daxil olmaq müqabilində öz ərazilərinin bir qismini itirməyə razılaşmaq təklifi Ukrayna üçün optimal çıxış yolu ola bilər. Bəlkə də belə güman etmək olar ki, bu, Rusiyanı çökdürmək kimi nəhəng bir proyektin müvəqqəti uduzmaq hissəsidir. Yəni Qərbin sifarişi ilə yazılan bu cür məqalələrin ortaya çıxmasında məqsəd Rusiyanı şirnikləndirərək daha uzun və ağır müharibələrə təhrik etməkdir. Lakin istənilən halda bir məqamı da gözdən qaçırmaq olmaz: Qərbin bu cür təklifi vətəni uğrunda silaha sarılan hər bir ukraynalı üçün təhqir deməkdir. 30 il Ermənistanın işğalından əziyyət çəkmiş bir ölkə kimi biz bu vəziyyətin nə demək olduğunu çox yaxşı başa düşürük. Ukraynanı belə bir amansız seçim qarşısında qoymaq isə hər zaman olduğu kimi Qərbin öz maraqlarından başqa heç nəyi və heç kəsi nəzərə almadığını göstərir.
Ukraynadan NATO-ya sərt təpki
Torpaqların güzəştə gedilməsinin tərəfdarları düşünürlər ki, elan edilən ssenari əvvəlcə Rusiyanın qələbəsi kimi təqdim olunacaq. Onsuz da ruslar 2014-cü ildən nəzarətdə saxladıqları Krımdan əlavə, Ukraynanın işğal etdikləri bir neçə bölgəsini də ilhaq edəcəkdilər. Onlar bu prosesə artıq başlayıblar.
Çox təəssüf ki, Ukrayna itirdiyi əraziləri geri almaq üçün iki aydan çoxdur əks-hücum əməliyyatları aparırsa da, hələlik ortada ciddi bir nəticə yoxdur. Qərb isə həmişə olduğu kimi prosesi kənardan izləyir. Belə güman olunur ki, Yenssenin timsalında Qərbin üfürdüyü bu cür “sınaq şarları”ndan tez-tez dövriyyəyə buraxılacaq və ukraynalılara təslim olmaq barədə “rəngarəng” təkliflər gələcək. “Düşünürəm ki, müharibənin həlli yolu Ukraynanın ərazilərindən imtina etməsi və bunun müqabilində NATO üzvlüyünü qazanması ola bilər” - NATO rəsmisi Yenssen bu sözləri Norveçin Arendal qəsəbəsində bir toplantı zamanı demişdi. Qalmaqallı açıqlamasından bir gün sonra üzr istəyən diplomat “mən fikrimi bu şəkildə ifadə etməməliydim”, - deyə mediaya bildirmişdi.
Ukrayna isə bu açıqlamaya, gözlənildiyi kimi, olduqca sərt reaksiya verib. Prezident Administrasiyasının rəhbəri Mixaylo Podolyak mediaya danışarkən emosiyalarını gizlətməyib: “Torpaqlarımızı NATO-nun çətirinə dəyişmək? Bu nə gülünc söhbətdir?! Axı bu, bütün demokratiyanı çökdürmək, qlobal cinayətkarı həvəsləndirmək, Rusiyadakı mövcud rejimi qoruyub saxlamaq, beynəlxalq hüququ birbaşa məhv etmək və müharibəni gələcək nəsillərə ötürmək deməkdir!”
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko da eyni fikirləri səsləndirib: “Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO-ya daxil olmaq söhbətləri tamamilə qəbuledilməzdir. Biz həmişə hesab etmişik ki, NATO Ukrayna üzərindən alver etməz. Başa düşmürük, NATO rəsmisi şüurlu, yoxsa şüursuz şəkildə belə bir açıqlama verib? Hər bir halda, NATO bu cür təkliflər səsləndirmək əvəzinə, Ukraynaya real kömək göstərmək barədə düşünməlidir”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00

Xəbər lenti
21 Sentyabr 15:57

Xəbər lenti
21 Sentyabr 15:29

Siyasət
21 Sentyabr 15:04

Xəbər lenti
21 Sentyabr 14:48

Xəbər lenti
21 Sentyabr 14:11

Siyasət
21 Sentyabr 13:41

Xəbər lenti
21 Sentyabr 13:36

Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30

Xəbər lenti
20 Sentyabr 17:27

Dünya
20 Sentyabr 17:02

Xəbər lenti
20 Sentyabr 16:30
