Şərq sularında “ara qarışır”...
31.08.2023 [11:55]
Kemp-Devid görüşü nüvə təhdidinin yenidən aktuallışdırdı
“Gündoğar bölgə”də yenidən həyacan artmaqdadır. ABŞ, Yaponiya və Cənubi Koreyanın müttəfiqlik əlaqələrini daha da gücləndirmə cəhdləri yeni siyasi və hərbi situasiya formalaşdırmaqdadır. Yeni hərbi birlik formalaşdırılması istimqamətində aparılan danışıqlar isə ənənəvi “rəqib cinahı”, xüsusilə də Şimali Koreya Xalq demokratik Respublikasını “qıcıqlandırır”. Bunun nəticəsidir ki, mütəmadi “ballistik təcrübələr”ə əl atan KXDR artıq daha böyükmiqyaslı “raket savaşına” eyham vurur.
Kim Çen In-dən xəbərdarlıq mesajı...
Belə ki, KXDR lideri Kim Çen In Şimali Koreya Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma yaradan hərəkətlərinin Koreya yarımadası regionunda sabitliyi pozduğunu və nüvə müharibəsi riskini artırdığını bildirib. “Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan rəsmilər toplaşaraq müxtəlif hərbi təlimlər keçirəcəklərini bəyan etdilər. ABŞ də daxil olmaqla düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri səbəbindən Koreya yarımadasının ətrafındakı sular dünyada hərbi maşınların ən çox cəmləşdiyi əraziyə və nüvə müharibəsi riskinin böyüdüyü qeyri-sabit sulara çevrildi”, - deyə o qeyd edib.
“Mövcud vəziyyət tələb edir ki, Hərbi Dəniz Qüvvələrimiz daimi döyüş hazırlığında olsun, gözlənilməz hallar zamanı düşmənin iradəsini darmadağın etməyə hazır olmaq üçün bütün səyləri göstərsin”, - Şimali Koreya lideri əlavə edib.
Göründüyü kimi, KXDR yenidən nüvə təhdidinə əl atır. Bundan əvvəlki müddətdə də Şimali Koreya dənizlərdə raket sınağı yolu ilə qarşı tərəfləri qorxu altında saxlamağa çalışırdı. Hətta məsələ ilə bağlı BMT çərçivəsində etirazlar səslənirdi - iki ay öncə BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləmişdi. Bununla bağlı BMT-nin yaydığı b?yanatda bildirilirdi ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir.
Tarixdə dönüş nöqtəsi...
Xatırladaq ki, KXDR-i “narahat edən” amil bu ayın 18-də ABŞ Prezidenti Co Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yoon Suk-Yeolun iştirakı ilə Vaşinqton yaxınlığındakı Kemp-Deviddə üçtərəfli sammit keçirməsi ilə əlaqədardır. Xatırladaq ki, sammit zamanı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlərin keçirilməsi barədə razılıq əldə edilib. Görüşdən sonra yayılan bəyanatda Kemp-Devid görüşü tarixdə dönüş nöqtəsi adlandırılıb: “Biz bunu geosiyasi rəqabətin, iqlim böhranının, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin və nüvə təxribatlarının bizi sınaqdan keçirdiyi bir vaxtda edirik”.
Liderlər təhlükəsizlik tərəfdaşlığını dərinləşdirməklə yanaşı, iqtisadi və texnologiya sahələrində güclü əməkdaşlığın qurulmasına diqqəti davam etdirəcəklərini vurğulayıblar. ABŞ Prezidenti Bayden bildirib ki, birlikdə olduğumuz üçün ölkələrimiz daha güclü və dünya daha təhlükəsizdir. Toplantıya gələn liderlərə təşəkkür edən Bayden, “Bu, təkcə Kemp Deviddə ev sahibliyi etdiyim ilk sammit deyil, həm də Yaponiya, Koreya Respublikası və ABŞ liderləri arasında keçirilən ilk müstəqil zirvədir” - deyə vurğulayıb.
Xatırladaq ki, bundan bir ay öncə ABŞ və Cənubi Koreya nüvə sualtı qayığın iştirakı ilə birgə təlimlər keçirib. Bundan əlavə, nüvə silahı daşıyan “USS Kentucky” strateji sualtı gəmisi Cənubi Koreyanın Busan limanına səfər edib.
“Soyuq müharibə” ruhu...
Yeri gəlmişkən, bu sammitə dünyanın bir sıra dövlətləri tərəfindən reaksiyalar verilib. Bir sıra ölkələr hətta ABŞ, Yaponiya və Cənubi Koreya liderlərini Kemp-Deviddə bir araya gətirən üçtərəfli sammiti “hərbi bloklar arasındakı qarşıdurmanı Asiyaya gətirmək cəhdi” kimi qiymətləndiriblər. Rusiyanın məsələyə münasibəti isə daha kəskin xarakter daşıyıb. Belə ki, Kremlin fikrincə, bu görüş çərçivəsində əldə olunan razılaşmalar açıq şəkildə qarşıdurma xarakteri daşıyır, “soyuq müharibə” ruhundadır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sammitin nəticələrini şərh edərkən bildirib ki, Rusiya sammitin gedişatını yaxından izləyib. Onun nəticələri, bəzi iştirakçıların fikrincə, bu ölkələr arasında əməkdaşlığın yeni dövrünü açdı. Eyni zamanda, Rusiya tərəfinin fikrincə, bu görüş çərçivəsində əldə olunan razılaşmalar “soyuq müharibə” ruhundadır. Bu, Şimali Koreyanın nüvə proqramı da daxil olmaqla qlobal çağırışlara və təhdidlərə cavab vermək bəhanəsi ilə Asiya-Sakit okean regionunda blok arxitekturasının qurulmasına yönəlib.
“ABŞ-ın “AUCUS” və “QUAD” kimi dar bloklu layihələri ilə eyni səviyyədə olan yenilənmiş üçlüyün elan edilmiş məqsəd və vəzifələri sırasında bu üç ölkənin hərbi-siyasi qarşılıqlı fəaliyyəti nəzərdə tutulub”, - deyə Zaxarova qeyd edib: “Çox təəssüf edirəm ki, Tokio və Seul beynəlxalq məsələlərdə subyektivliyin olmadığını hiss edərək, himayədarlarının anti-Rusiya və Sinofobik hekayələrini həlimliklə izləyirlər. Biz dəfələrlə vurğulamışıq ki, Şimal-Şərqi Asiyada sülh və sabitlik yalnız bölünməz təhlükəsizliyin hərtərəfli arxitekturasının qurulması ilə təmin edilə bilər. Bu məqsədlə hərbi-siyasi gərginliyin azaldılması, qarşıdurma düşüncəsindən və sanksiya ilə həll üsullarından imtina etmək üçün praktiki addımlar atılmalıdır”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00

Xəbər lenti
21 Sentyabr 15:57

Xəbər lenti
21 Sentyabr 15:29

Siyasət
21 Sentyabr 15:04

Xəbər lenti
21 Sentyabr 14:48

Xəbər lenti
21 Sentyabr 14:11

Siyasət
21 Sentyabr 13:41

Xəbər lenti
21 Sentyabr 13:36

Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30

Xəbər lenti
20 Sentyabr 17:27

Dünya
20 Sentyabr 17:02

Xəbər lenti
20 Sentyabr 16:30
