Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İsveç cavab gözləyir...

İsveç cavab gözləyir...

20.09.2023 [10:40]

TBMM Stokholmu oktyabrda NATO üzvü edəcəkmi?

Bir ildən artıqdır ki, NATO-ya “növbə gözləyən” İsveçin məsələsi yenidən gündəmə gəlib. Belə ki, NATO Baş katibi Yens Stoltenberqlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda görüş keçirilib. Bununla bağlı NATO Baş katibi “X” hesabında paylaşım edib. Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda görüşməkdən məmnun olduğunu bildirib: “Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyənin Qara dəniz taxıl müqaviləsini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”.

Qeyd edək ki, bu yaxınlarda İsveçin xarici işlər naziri Tobias Bilstrom da ölkəsinin oktyabrda Türkiyə parlamentinin iclası zamanı Ankaranın şimal ölkəsinin NATO üzvlüyünü ratifikasiya edəcəyinə ümid bəslədiyini dilə gətirmişdi. O bildirmişdi ki, İsveç hökuməti yayda heç bir siqnal almadığı üçün Vilnüsdə verilən bəyanatın qüvvədə olması məsələsinin hələ də aktual olduğuna inanır.

Üçtərəfli Memoranduma əsasən...

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan PKK-nı terrorçu elan etmələrini və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi. Ötən il iyunun 28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli Memorandum imzalanmışdı. Rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olmuşdu imzalanan Memoranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinaviya ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşmışdı. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapmışdı. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürmüşdü.

Amma ötən müddət ərzində İsveç bu öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır Türkiyənin rəsmi Stokholmdan tələb etdiyi terrorçuların təslim edilməməsi isə İsveçin NATO yolunu bağlayır. Bunun qarşılığında isə martın 31-də Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib. Deputatların səsverməsinə çıxarılan təklif qəbul olunub.  Bununla da Finlandiyanın NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb. Vurğulayaq ki, Finlandiya Türkiyədən əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı. Türkiyənin də razılığı ilə onun üzvlük prosesi tamamlandı.

“F-16” şərtinə əməl edilmir...

İsveçin NATO-ya tamhüquqlu üzv olması məsələsində bir faktor da ABŞ-ın Türkiyəyə F-16 satması ilə bağlı məsələdir. Bəlli olduğu kimi, Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alınması prosesi artıq uzun müddətdir ki, davam edir. hətta bu prosesin süni şəkildə uzadılması haqda da fikirlər səslənir. Belə ki, ötən ilin iyulunda da Ağ Ev bu addıma razılıq bildirsə də, Senatın bəzi nümayəndələri buna qarşı çıxaraq Türkiyənin Rusiya ilə münasibətlərini səbəb kimi göstərmişdilər. Sonrakı mərhələdə isə irəli sürülən tələb Türkiyənin İsveçi qeyd-şərtsiz NATO üzvü kimi tanıması idi. Amma rəsmi Ankaranın bu tələblərə məhəl qoymaması amerikalı senatorların arzularını ürəyində qoydu bunun nəticəsidir ki, artıq ABŞ rəsmi şəkildə Türkiyəyə F-16 satmaqda maraqlı olduğunu bildirir. Qeyd edək ki, məsələ ilə bağlı mətbuata açıqlamalarında həm prezident Co Bayden, həm də dövlət katibi Entoni Blinken

F-16 təyyarələrinin Türkiyəyə satılmasına razı olduqlarını deyiblər. Ortada olan tək “maneə” isə ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələri satmasına qarşı çıxan amerikalı senatorlardır - məsələn, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez seçkilərdən sonrakı mərhələdə Türkiyə liderinin keçmiş mövqeyini davam etdirəcəyi təqdirdə razılaşmaya qarşı çıxmaqda davam edəcəyini söyləyir.

İsveçin “oktyabr gözləntisi”...

Beləliklə, İsveç NATO-nun tamhüquqlu üzvü olmaqla bağlı “ümidlərini” qarşıdan gələn oktyabra bağlayıb. Rəsmi Stokholm anlayır ki, indiki halda Türkiyə parlamentinin bu məsələyə müsbət yanaşma sərgiləməsi bir o qədər də inandırıcı görünmür. Başqa sözlə, nə üçtərəfli Memorandumun şərtlərinə əməl etməyən, nə terrorçularla bağlı qəti mövqe sərgiləməyən, “Quran”ın yandırılması ilə bağlı başlanan “kampaniyanı” davam etdirən İsveçin Türkiyədən “hə” cavabı alacağı inandırıcı görünmür. Nəzərə alınmalıdır ki, Türkiyənin irəli sürdüyü şərtlərdən biri olan Avropa İttifaqına üzvlüklə bağlı məsələnin tezləşdirilməsi də “dondurulub”. Hətta Aİ rəsmiləri bu prosesin yaxın zamanda başlaması ehtimalını belə təkzib edirlər. Belə olan halda, İsveçin “oktyabr gözləntisi”nin müsbət cavablanacağına ümid azalır...

SADİQ

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30