30 il öncə...
01.11.2023 [10:54]
Avropa İttifaqını rəsmiləşdirən Maastrixt sazişi təsdiq olunub
Qlobal münasibətlər sisteminin ən fəal aktorlarından sayılan Avropa İttifaqı XX əsrin sonunda - keçid iqtisadliyyatının və ideoloji savaşların tüğyan etdiyi dövrdə meydana gəldi. Düzdür, çoxları 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə İttifaqın əsasının qoyulduğunu iddia etsələr də, Avropa İttifaqı rəsmi şəkildə 1 noyabr 1993-cü ildə təsdiq olunmuş Maastrixt sazişi ilə “həyata qədəm qoydu. Beləliklə, bu gün Avropa İttifaqının təsis olunmasından tam 30 il ötür.
Aİ-nin iqtisadi “təməli”...
Qeyd olunduğu kimi, Maastrixt sazişi Avropa Birliyinin yaranmasını şərtləndirən əsas sənəd kimi tarixə düşdü. Bu sənəd 1992-ci ilin 7 fevralında Hollandiyanın Maastrixt şəhərində imzalansa da, saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə mindi. Sənəd özündə Avropa ölkələrinin pul və siyasi sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən, Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilirdi. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirirdi; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət, ədliyyə və daxili işlər.
Prosesə narazılıq edənlər...
Vurğulayaq ki, sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşdı - Fransada keçirilən referendumda fransızların yalnız 51.05 tarixli sənədin qəbulunun lehinə səs vermişdi. Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina etdi. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqləndi. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhələlərlə yaradılmasını nəzərdə tuturdu. Birinci mərhələ (1 iyul 1990 - 31 dekabr 1993) iqtisadi və valyuta ittifaqının, o cümlədən hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tuturdu. Bu mərhələdə xüsusilə, ölkələrin iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi prosesi inkişaf etdirilir, inflyasiya tempi aşağı salınır, büdcə kəsirləri azaldılır, valyuta məzənnələri stabilləşdirilir, dövlət maliyyələşməsi sağlamlaşdırılırdı. Bu illərdə valyuta məhdudiyyətlərinə tam son qoyuldu, kapitalın ittifaq daxili və üçüncü ölkələrlə sərbəst hərəkəti başladı. Bu tədbirlər avronun vahid valyuta kimi tətbiqinə hazırlıq idi.
Avronun “pul dövriyyəsinə” qədəm qoyması...
İkinci mərhələ (1 yanvar 1994 - 31 dekabr 1998) avronun tətbiqini yaxınlaşdırmaq üçün Avropa İttifaqı üzv ölkələrdən daha konkret tədbirlər tələb edirdi. 1998-ci ildə Avropa Valyuta İnstitutu fəaliyyətə başladı. Bu struktur milli hökumətlərdən və milli hökumətlərdəki Avropa orqanlarından asılı deyildi - eyni zamanda, avronun buraxılmasından əvvəl lazımi hazırlığı görməli idi. İşlərin gedişi isə bəzi nəticələri ortaya çıxardı:
- milli Mərkəzi banklar arasında əməkdaşlıq gücləndi;
- Avropa İttifaqı ölkələri arasında valyuta siyasəti uzlaşdırıldı;
- Avropa İttifaqı çərçivəsində valyutaların dəyişməsinə etibarlı nəzarət, valyuta tənzimlənməsi və ödəniş sistemi yaxşılaşdı;
- Avropa Mərkəzi Bankının yaradılmasına zəmin hazırlandı (hüquqi, təşkilati və maddi-texniki).
Eyni zamanda, dövlət müəssisələrinin mərkəzi bankları tərəfindən maliyyələşdirilməsini, dövlət borclarının mərkəzi banklarına ötürülməsini tənzimləyən (qadağan edən), mərkəzi bankların dövlətdən asılılığını aradan qaldıran qaydalar qəbul edildi. Beləliklə, Avropa Valyuta İnstitutu Avropa Mərkəzi Bankının yaradılması üçün əsas oldu. 1998-ci ildən fəaliyyətə başlayan Avropa Mərkəzi Bankının əsas məqsədi qiymətlərin stabilliyini və müvafiq olaraq vahid valyutanı qorumaq idi.
Üçüncü mərhələ - (1999-2002) vahid valyuta olan avroya keçidi nəzərdə tuturdu. 1 yanvar 1999-cu ildən Avropa İttifaqı üzv ölkələrinin milli valyutalarına münasibətdə avronun sabit kursu müəyyən edildi və avro ümumi valyuta elan edildi. 2002-ci ilədək milli valyutalar paralel işləndi. 1 yanvar 2002-ci ildən avro banknotları və sikkələri buraxılmağa başlandı və yerli valyutaları əvəz etdi. 2002-ci ilin iyulunda üzv dövlətlərin təsərrüfatlarının vahid valyutaya keçidi başa çatdı.
Yeni mərhələyə yeni islahatlarla...
İlk baxışdan, iqtisadi əsaslar üzərində qurudlan Avropa İttifaqı sonrakı mərhələlərdə özünün “siyasi baxışlarını” da müəyyənləşdirdi - yaradılan strukturlar Avroİttifaqın siyasi təyziqlərini, rıçaqları formalaşdırmaq uğrunda fəal işə başladı. Yeni dönəmdə dünyanın siyasi xəritəsinə təsir və nüfuz imkanları qazanmaq üçün Avroməkan yeni “islahatlara” başladı.
İslahatlar hələ də gündəmdədir və aktuallıq təşkil edir. Mənzil qərargahı Brüsseldə yerləşən Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. 2020-ci ilin yanvarın 31-də isə hələlik yeganə hal olaraq Böyük Britaniya Avropa İttifaqını tərk etməsi Avropa İttifaqının xeyli güc itirməsinə səbəb oldu. Bunu kompensasiya etmək üçün isə artıq Aİ fəaliyyətin genişləndirir - Məsələn, Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin avqustunda Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışında bildirmişdi ki, Avropa İttifaqı “etibarını saxlamaq” istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır. “İnanıram ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin, eyni zamanda, zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir”,- deyə Şarl Mişel bildirib. O, Aİ-nin də genişlənməyə hazır olması üçün bəzi islahatlar həyata keçirməli olduğunu vurğulayıb. Beləliklə, 30 yaşı tamam olan Aİ yeni mərhələdə yeni “imic” qazanmaq uğrunda fəaliyyətə start verə bilər...
SADİQ
Xəbər lenti
Hamısına bax
Siyasət
02 Dekabr 10:10

Gündəm
02 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43

Xəbər lenti
30 Noyabr 15:09

Xəbər lenti
30 Noyabr 15:07

Xəbər lenti
30 Noyabr 15:05
