NATO-Rusiya qarşıdurması gündəmdə
01.12.2023 [10:10]
M.ABDULLAYEV
İndiyədək Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında dərin qarşılıqlı ziddiyyətlər olsa da, tərəflər bunu açıq və birbaşa toqquşma müstəvisinə keçirməyə cəsarət etmirdilər. Məsələn, NATO-nun drayveri olan ABŞ-ın dövlət başçısı C.Bayden zamanında bildirmişdi ki, amerikalı əsgərlər rus ordusu ilə döyüşməyəcək, yoxsa bu, dünya müharibəsinə gətirib çıxarar. Narazılıqlar əsasən siyasi bəyanatlarla ifadə olunurdu. Ukrayna ilə başlayan müharibə göstərdi ki, qarşıdurmalar aralıq dövlətlərin proseslərə qoşulmasınadək dərinləşə bilər. Gərginliyin artması, o cümlədən də Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda belə bir sual gündəmə gəlib: Proseslər sahədə NATO-Rusiya müharibəsinədək uzana bilərmi?
Yeni müharibə ehtimalları güclənir
Qarşıdurmaların hazırkı səviyyəyədək yüksəlməsini nəzərə alsaq, sahədə Rusiya ilə NATO arasında müharibə ehtimalını istisna etmək mümkün deyil. Bir vaxtlar tarixi bağlarla bir-birinə çox yaxın olan Rusiya ilə Ukrayna arasında müharibə baş verəcəyi heç kəsin ağlına gəlməzdi. Bunu Rusiya prezidenti V.Putin də açıq mətnlə ifadə edib. Ancaq qanlı müharibə başladı. Onu da xatırladaq ki, bu müharibə məhz kollektiv Qərb (NATO)-Rusiya qarşıdurması fonunda sonuclandı. Alyans Şərqə doğru genişlənmək, o cümlədən də böyük coğrafiyada Rusiya ilə həmsərhəd olan Ukraynanı sıralarına qatmaq planlarını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı və şimal qonşumuz bunu həzm etmədi.
Müharibənin ilk vaxtlarında Ukraynaya hərtərəfli dəstək verən kollektiv Qərb daha nikbin görünürdü. Ötən müddətdə Rusiyayayqarşı bir neçə mərhələdə sanksiyalar tətbiq olunub. NATO-da təmsil olunan dövlətlər Rusiyanın məğlubiyyətədək taqətdən salınması planını Ukraynaya hərbi-texniki və maliyyə dəstəyini genişləndirməklə reallaşdırmağa çalışırdı. Ancaq Rusiya NATO qüvvələrinin haqqında çox danışdıqları əks-hücum əməliyyatlarını önləməyə nail oldu. Kollektiv Qərb Ukraynanı cari ilin yayında başlayan əks-hücuma hazırlamaq üçün xeyli vaxt və vəsait itirib. Gözləntilər doğrulmadı. Qarşıdan isə sərt qış gəlir. Hərbi mütəxəssislər zamanın uzanmasının NATO-nun xeyrinə olmadığını bildirirlər. Artıq bəzi ölkələrin, o cümlədən də ABŞ-ın özünün də cibinin boşalmasının fərqində olduğu görünür. Hətta NATO-da təmsil olunan dövlətlərdən yardımların dayandırılması və müharibənin danışıqlar prosesinə keçirlməsi təklif olunur. Qarşıdan isə sərt qış ayları gəlir. Mövqe savaşının güclənəcəyi gözlənilir. Belə şəraitdə NATO-nun Ukrayna ordusunun təchizatını bütünlüklə ödəyəcəyinə ümidlər azdır. Hərbi mütəxəssislərin qənaətinə görə, bu amil də Rusiyanın xeyrinə işləyir.
Müharibənin uzanması fonunda C.Baydenin “Amerika əsgərləri Rusiya ilə vuruşmayacaq” tezisi artıq keçmiş kimi görünür. Yayılan informasiyalar perspektivdə NATO-Rusiya müharibəsinin də başlayacağına ideoloji zəmin hazırlayır. Yeri gəlmişkən, artıq Kremldə bu barədə açıq danışılır. “Rusiya ilə NATO arasında silahlı münaqişə istisna deyil”. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. “Rusiya ilə NATO arasında silahlı münaqişə alyansdan asılıdır. Seçim tamamilə NATO-nun tərəfindədir. Biz artıq nümayiş etdirildiyi kimi, öz milli maraqlarımızı əlimizdə olan bütün vasitələrlə müdafiə etməyə hazırıq”, - deyə Ryabkov bildirib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında münasibətlərin yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur: “Bu, həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bizə bu münasibətlər lazımdır və nə vaxtsa gəlib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”.
NATO dirəniş göstərsə də...
İzlənilən proseslərə rəğmən, NATO geri çəkilmir və qapılarının Ukrayna üçün açıq olduğunu bildirir. “Ukrayna NATO-ya daha da yaxınlaşır”. Bunu alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-Ukrayna Şurası xarici işlər nazirlikləri rəhbərlərinin iclasından əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərə açıqlamasında deyib. Fikirlərinə davam edən Y.Stolenberq vurğulayıb: “Bu görüşümüz Ukraynanın NATO-ya daha da yaxınlaşdığını nümayiş etdirir. Biz Ukraynanın NATO-ya üzvlüyü yolunu müzakirə edəcəyik. Bütün müttəfiqlərimiz razılaşırlar ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz üzvlüyə gedən yolu, islahatları müzakirə edəcəyik”.
Ancaq NATO Ukraynanın alyansa üzvlüyündə dirəniş göstərsə də, indiki məqamda bunun perspektivi aydın görünmür. Çünki ortada Ukraynanın NATO-ya üzvlüyünü əngəlləyəcək məqamlar var. Belə məqamlar ilk növbədə alyansın nizamnaməsindən irəli gəlir. Üzvlüyə namizəd ölkənin ərazi bütövlüyü pozulub və müharibə davam edir. Nizamnamə pozuntularına yol verilməklə Ukraynanın alyansın sıralarına qatılacaqğı təqdirdə isə müharibə daha da intensivləşəcək. Hazırkı məqamda prioritet Ukraynanın NATO sıralarına qatılması deyil, müharibənin dayandırılması olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

