Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Şəmkirdə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

04.12.2012 [01:57]

Şəmkir rayon İcra Hakimiyyəti,YAP Şəmkir rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi Şəmkir rayon şöbəsinin birgə təşəbbüsü ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev keçirilən belə tədbirlərin məqsəd və əhəmiyyətindən, əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsi istiqamətində Şəmkir rayonunda görülən işlərdən söz açıb, bütün bu işlərin təməlində insan amilinin dayandığını bildirib.
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri,Veteranları Və Şəhid Ailələri İctimai Birliyi Şəmkir rayon şöbəsinin sədri Musahib Zeynalov bütün əlillər və veteranlar adından onlara göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Paylaş:
Baxılıb: 1313 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31