Zəngilanlılar hər il oktyabrın 20-ni böyük coşqu ilə bayram edirlər
21.10.2024 [15:14]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ali Baş Komandan, Qalib Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti sayəsində möhtəşəm möhtəşəm qələbələrə, zəfərlərə imza atan ölkəmizin düşmən işğalından azad edilən kəndləri, qəsəbələri, şəhərləri yenidən bərpa edilir. 30 il ərzində erməni terrorçularının tapdağı altında qalan torpaqlarımıza yeni nəfəs verilir, illərlə köçkün taleyi yaşayan soydaşlarımız artıq öz yurdlarına qaytarılır. İşğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və məşğulluq proqramları icra olunur. Kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatları yaradılır, insanların məşğulluğu təmin edilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi şəhərlərimizin xüsusi Günlərini böyük coşqu ilə qeyd edir. Artıq zəngilanlılar hər il oktyabrın 20-ni əlamətdar gün kimi bayram edir. İşğaldan azad olunmuş digər kənd, şəhər və rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Zəngilan rayonu da bərpa olunur, əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Zəngilanda müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi oan Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi Böyük Qayıdışın başlanğıcı kimi yaddaqalan hadisə kimi tarixə düşüb. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı, Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilməsi, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi, Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılması işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı şəraitin yaradıldığının bariz nümunəsidir.
Vandal düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi Zəngilan şəhəri sürətlə dirçəldilir, cənnətə çevrilir. 20 oktyabr tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan zəngilanlılar doğma ocaqlarında “Zəngilan Şəhəri Günü”ni qeyd edirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bəli, taliyinə “məcburi köçkün” kəlməsi yazılan zəngilanlılar bu gün qürur hissi ilə yaşayırlar. Azərbaycan xalqı fəxarət hissi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması ilə böyük Zəfərdən tərəqqiyə, işıqlı gələcəyə gedən yolla irəli addımlayır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36

