YAP Sabirabad rayon təşkilatı “İnsanlığa qarşı törədilmiş faciə” mövzusunda tədbir keçirib
24.02.2025 [17:09]
Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad şəhəri 4 saylı ümumtəhsil məktəbində 26 fevral Xocalı soyqırımına həsr olunmuş “İnsanlığa qarşı törədilmiş faciə” mövzusunda tədbir keçirmişdir.
Tədbir də ilk öncə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən, YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, Sabirabad şəhəri 6 saylı ümumtəhsil məktəbinin direktoru Mais Məmmədov, məktəbin müəlliməsi Aidə Salayeva bildiriblər ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridi, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. Diqqətə çatdırılıb ki, həmin dövrdə mərkəzi hakimiyyətin biganəliyi və səriştəsizliyi, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizə aparılması, ölkədəki ordudakı başıpozuqluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir. Daha sonra qeyd olunub ki, Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülmüşdür. Ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalılara və bütün məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir.
Tədbir məktəbin şagirdi Əminə Quliyevanın “İnsanlığa qarşı törədilmiş faciə” mövzusunda təqdimatı ilə davam edib.
Daha sonra videoçarx nümayiş olunub.
Sonda məktəbin şagirdləri Xocalı soyqrımına həsr edilmiş şeirlər səsləndirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

