YAP Sədrinin müavini Əli Əhmədov partiyanın Ağcabədi rayon təşkilatının fəalları ilə görüşüb
26.07.2013 [09:22]
İyulun 25-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiyanın Ağcabədi rayon təşkilatının fəalları ilə görüş keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra rayon Mədəniyyət Evində keçirilən görüşdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov təşkilatın fəaliyyəti, qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar gördüyü işlər barədə məlumat verib. O bildirib ki, hazırda rayon təşkilatının üzvləri 8 min 905 nəfərdir. Onların da 42,9 faizini qadınlar, 42,4 faizini isə gənclər təşkil edir. R.Əhmədov qeyd edib ki, rayon təşkilatı seçkilərlə əlaqədar bütün gücünü səfərbər edib.
Görüşdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, partiyanın fəalları ilə görüşlər mütəmadi olaraq keçirilir və bundan əvvəl bir çox rayonlarda da belə görüşlər reallaşıb. İyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, Qurultayda bir sıra mühüm qərarlar qəbul olunub. Partiya Qurultayı Yeni Azərbaycan Partiyasının, o cümlədən, bütövlükdə xalqımızın namizədini rəsmi şəkildə təsdiq edib.
YAP İcra katibi Əli Əhmədov vurğulayıb ki, bu cür görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə ilk təşkilatlarımızı və onların rəhbərlərini səfərbər etməkdir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıbdır. Bir çox həlledici səbəblərlə yanaşı, eyni zamanda Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsinə inamımızı artırır. Hər birinizə məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşibdir. Əslində, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Eyni zamanda, bu, bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir”.
Seçkiöncəsi ovqatın məhz bu amillər əsasında köklənməsinin səbəbləri haqqında danışan YAP-ın Sədr müavini deyib ki, bu, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində həyata keçirilən böyük işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır. İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini birmənalı şəkildə etiraf edirlər. “Bütün ölkə vətəndaşları, o cümlədən partiyamızın fəalları, ölkəmizdə son illər ərzində iqtisadiyyatdan tutmuş, həyatın bütün sahələrində nə qədər böyük dəyişikliklərin baş verdiyinin bilavasitə şahidləridir. Bu dəyişikliklər bizim hamımızın həyatımızı dəyişdirib, həyatımıza yeni çalarları gətirib, həyatımızın mənası daha da zəngin olubdur. Əgər biz 10 il bundan əvvəlki Azərbaycanla bu günkü Azərbaycanı müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə inkişaf edib, insanlarımızın rifah halında ciddi dəyişiklər baş verib, ölkəmizdə böyük yeniləşmə, mödernləşmə siyasəti həyata keçirilməkdədir ki, bu siyasətin də məqsədi Azərbaycanı müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirməkdən ibarətdir”, - deyə Yeni Azərbaycan Partiyasının Sədr müavini qeyd edib.
Əli Əhmədov daha sonra qarşıda duran vəzifələr, görüləcək işlərlə bağlı ətraflı məlumat verib və YAP Ağcabədi rayon təşkilatının fəallarına qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq tövsiyələr verib.
Tədbirdə partiya fəalları - rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, rayon ağsaqqalı Məhərrəm Əzimov və Qarabağ müharibəsi əlili Ramin Nağıyev çıxış edərək seçki kampaniyası zamanı təşkilat üzvlərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər. Çıxış edən YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizdə həyata keçirilən quruculuq işlərindən danışıb. Bu quruculuq işlərinin Ağcabədi rayonunda da vüsət aldığını deyən Ş.Məmmədov bütün bu uğurların Prezident İlham Əliyevin siyasətinin nəticəsində qazanıldığını qeyd edib. O, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin Ağcabədi ictimaiyyəti tərəfindən də birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.
Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

