Azərbaycan – Çin münasibətlərinin böyük perspektivləri var
01.05.2025 [20:42]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Son illər Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Bütün bunlar dinamik xarakter daşıyan qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldiyinin göstəricisi hesab oluna bilər.
Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük köməklik göstərir. Aprelin 22-24-də səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb.Səfər çərçivəsində Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib. Aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb.
Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafından bəhs edib: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”.
Azərbaycan və Çin bu gün öz əlaqələrini ən yüksək səviyyəyə çatdırmaqdadır. Eyni zamanda iki ölkənin münasibətlərində tarixi məqam gəlib çatıb. Belə ki, daha əvvəl Azərbaycan Çin vətəndaşları üçün vizanı aradan qaldırmışdı. İndi isə Azərbaycan vətəndaşları Çinə vizasız gedib gələcəklər. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Özəlliklə Tayvan məsələsi ətrafında Çinə qarşı müəyyən basqılar edən beynəlxalq güclərin qarşısında Azərbaycan cəsarətlə Çinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zaman da Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər bir halda Çin və Azərbaycan münasibətləri arasında böyük bir tarixi məqam yetişib ki, bu, təkcə ticari, iqtisadi və siyasi əlaqələri deyil, kültürəl və elmi əlqələri də dərinləşdirir.
Dövlətlər arasında imzalanan sənədlərin çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə nəzər salanda görərik ki, bunlar çox mühüm sənədlərdir. Bu bir tərəfdən normativ hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən yeni perespektivlər formalaşdırır. Çünki Çin dünya siyasətində və iqtisadiyyatında mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi mövqedə yerləşməsi də Çin üçün əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri kimi mühüm layihələrdə Çin fəal yer almağa çalışır. Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi, qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi artıma hesablanmışdır. Bu dövlət səfərinin ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb. Əminliklə qeyd etmək olar ki, dünyanın ən böyük və qədim sivilizasiyalarından biri olan Çin Xalq Respublikası ilə münasibətlərin davamlı inkişafı Azərbaycanın milli və strateji maraqlarına tam uyğundur. Səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq, iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Eyni zamanda, bu münasibətlərin möhkəmlənməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin güclənməsinə, dövlətimizin dünya birliyində daha da nüfuz qazanmasına və inkişafına mühüm töhfə verəcəkdir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14

Analitik
17 May 09:57

Analitik
17 May 09:36

Siyasət
17 May 09:16

Ədəbiyyat
17 May 08:53
