İlham Əliyevin rəhbərlik dövrü Azərbaycanın qızıl erasıdır
17.09.2013 [10:09]
Tərtər seçiciləri ölkəmizin sabit gələcəyinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər başlayıb.
İlk görüş rayonun Hacıqərvənd və Seydimli kəndlərində keçirilib. Hər iki görüşü giriş sözü ilə açan seçki qərargahının və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin növbəti bir tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib: “Çünki Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyir”.
Azərbaycanın son 10 ildə artan iqtisadi qüdrətindən də danışan rayon təşkilatının sədri əlavə edib ki, xalqımız ölkənin iqtisadi yüksəlişini öz həyatında hiss edir: “Bu yüksəliş isə Prezident-Xalq birliyinin ortaya qoyduğu nailiyyətdir. Bütün görülən işlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı, o cümlədən, Tərtər seçiciləri növbəti beşillik üçün ölkəmizin sabit gələcəyinə səs verəcək. Xalqın seçimi Prezident İlham Əliyev olacaq”.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurun hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun beynəlxalq aləm tərəfindən təqdir edildiyini diqqətə çatdırıb: “İndoneziyada məhşur bir jurnal var. Həmin jurnal dünyanın aparıcı inkişaf etmiş ölkələrindəki proseslərin təhlili ilə məşğuldur. Avqust ayında həmin jurnal cənab Prezident İlham Əliyevi ilin adamı elan edib. Həmin aydakı buraxılış da bütövlükdə Azərbaycana həsr olunmuşdu. Jurnaldakı məqalələrdən birinin başlığı belə idi: “İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın qızıl erasıdır”. Deyir, dağın möhtəşəmliyi uzaqdan daha yaxşı bilinir. İndi Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın qüdrəti, möhtəşəmliyi də kənardan, uzaq ölkələrdən daha yaxşı görünür. Qeyd edim ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. 300 milyondan çox əhalisi var. Orda da görürlər ki, Azərbaycanda hansı inkişaf gedir. Və ona görə də, cənab İlham Əliyevin 10 illik Prezidentlik dövrünü Azərbaycanın qızıl erası adlandırırlar”.
Öz növbəsində çıxış edən sakinlər deyiblər ki, oktyabrın 9-da hansı seçim edəcəklərini artıq müəyyənləşdiriblər. Qeyd olunub ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasının namizədinə, Heydər Əliyevin siyasi kursunun uğurlu davamına səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

