Azərbaycanın bütün bölgələri keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır
24.09.2013 [10:41]
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Ağcabədi rayonunun mərkəzi stadionunda rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun mərkəzi stadionunda rayon sakinlərinin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır. Bu proqramlar nəticəsində yeni müəssisələr işə salınır, yeni iş yerləri açılır və regionlardan şəhərə axının qarşısı alınır. Artıq yerli əhali açılan yeni müəssisələrdə işləməyə başlayıb. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını yüksəldir. İkinci faza kimi regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, Olimpiya komplekslərinin tikilməsi, parkların salınması həmin insanların istirahətinin, rahatlığının təmin edilməsi deməkdir. Təbii ki, bu uğurların davamı üçün biz yalnız və yalnız cənab İlham Əliyevə səs verməli, Onunla birgə addımlamalıyıq”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib: “Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət mənada böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları, məktəblər inşa edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”.
Çıxış edən millət vəkili Aqil Abbas isə həyata keçirilən sosial siyasətin vətəndaşlarımızın rifahına xidmət etdiyini deyib: “Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ötən illər ərzində həm ölkədə, həm də Ağcabədidə görülən işlər barədə danışıb. Natiq qeyd edib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Baş redaktor əmin olduğunu bildirib ki, dövlətçiliyə sadiq Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər.
Çıxışında eyni zamanda, məcburi köçünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də danışan Rəşad Məcid “Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilib, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb” deyib.
Sonda respublikamızın tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

