Humanizm siyasətinin beynəlxalq təntənəsi
23.01.2026 [09:54]
Son dövrdə cərəyan edən hadisələr, dövlətlər arasında yaranan münaqişələr, baş verən müharibələr gündən-günə artmaqdadır. Müasir dünyamızda insan qardaşlığı, tolerantlıq və qarşılıqlı hörmət anlayışları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məhz belə bir dövrdə Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun bu dəyərlərə təkcə sözdə deyil, əməldə də yüksək qiymət verməsinin nəticəsidir. Ölkə başçısı cənab İlham Əliyevin bu uğuru həmçinin Azərbaycan xalqının dəyərlərinin beynəlxalq miqyasda tanınmasıdır.
Zayed İnsan Qardaşlığı Mükafatı dünyada sülh, birgəyaşayış və insanlıq dəyərlərini təşviq edən fərdləri və ya qurumları mükafatlandıran nüfuzlu bir beynəlxalq mükafatdır. Mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təsis edilmişdir. Bu nüfuzlu mükafat Cənab Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi humanist, multikultural və dinlərarası dialoqa əsaslanan siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz tarixən müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı məkan olmuşdur. Bu ənənənin bu gün də qorunması və dövlət siyasətinə çevrilməsi məhz Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində olmuşdur.
Ermənistanla ötən əsrin sonlarından başlayaraq dövrümüzə qədər gəlib çatan Qarabağ münaqişəsinin həll olunması Cənab Prezidentin tükənməz siyasi iradəsinin və əzminin nəticəsidir. Bu mürəkkəb tarixi mərhələdə Ermənistanla sülhün paraflanması istiqamətində atılan addımların mərkəzində Cənab Prezident İlham Əliyevin düşünülmüş, prinsipial və milli maraqlara əsaslanan siyasəti dayanır. Bu proses təsadüfi deyil, uzunmüddətli və ardıcıl diplomatik strategiyanın məntiqi nəticəsidir.
Bu mötəbər mükafat Azərbaycan və Cənubi Qafqaz regionunun tarixində bir ilkdir. Cənab Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də sülhə, qarşılıqlı anlaşmaya və əməkdaşlığa verdiyi tövhələrin yüksək qiymətləndirilməsidir. Bu mükafat ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir və gələcək nəsillər üçün dəyərli bir örnək yaradır.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51

