YAP Tərtər rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib
11.01.2014 [09:50]
Ramiz Şabanov: Ölkəmizin əldə etdiyi hər bir uğurda Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının və onun çoxminli üzvlərinin əməyi var
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib. Partiyanın rayon təşkilatı Şurasının, Qadınlar Şurası, Gənclər Birliyi, Nəzarət-Təftiş Qrupunun üzvlərinin, ərazi ilk partiya təşkilat sədrlərinin iştirak etdikləri iclası giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 2013-cü ildə görülən işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.
Natiq qeyd edib ki, 2013-cü il ölkəmizin və xalqımızın tarixində uğurlu il olmaqla yanaşı, eyni zamanda, bir çox yaddaqalan hadisələrlə də zəngin olub. Məhz bu ildə ölkəmizin beynəlxalq aləmdə nüfuzu və siyasi çəkisi daha da artıb, Azərbaycan iqtisadi inkişafı ilə təkcə öz əhalisinin maddi rifah halının yaxşılaşdırılması ilə deyil, həm də dünya ölkələrinin enerji təchizatında önəmli rol oynayaraq burada da söz sahibinə çevrilib: “Əlbəttə, Azərbaycanın əldə etdiyi uğurların təminatçısı dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin uzaqgörən ideyalarının ardıcıl həyata keçirilməsi, bu istiqamətdə partiyamızın Sədri, ölkə başçısı İlham Əliyev cənablarının ortaya qoyduğu iradə və həyata keçikdiyi böyük işlərdir. Qeyd etmək lazımdır ki, ölkəmizin əldə etdiyi hər bir uğurda Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının və onun çoxminli üzvlərinin əməyi var. Azərbaycan xalqının ziyalı, qabaqcıl, vətənpərvər təbəqələrinin nümayəndələrini öz sıralarında birləşdirən YAP yarandığı ilk gündən ölkəmizin sürətli inkişafı və xalqımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl siyasət yürüdür”.
“YAP Tərtər rayon təşkilatı da 2013-cü ildə partiyanın Proqram və Nizamnaməsinə, partiyanın V qurultayının qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının mövcud qanunları əsasında fəaliyyət göstərib”, - deyən Ramiz Şabanov onu da qeyd edib ki, 2014-cü ilə qədəm qoymuşuq, cari ildə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da aparılan abadlıq, quruculuq işləri sürətlə davam etməkdədir: “YAP rayon təşkilatının 2014-cü ildə də fəaliyyəti zəngin tədbirlərlə əhatə olunacaq. Belə ki, 2014-cü ildə cari məsələlərlə yanaşı, ölkəmizin yerli özünüidarəetmə sahəsində əhəmiyyətli xarakter daşıyan bələdiyyə seçkiləri keçiriləcək. Rayon təşkilatı, onun ərazi ilk partiya təşkilatları bələdiyyə seçkilərində də YAP nümayəndələrinin parlaq qələbəsini təmin etmək məqsədilə indidən hər bir yaşayış məntəqəsində güclü təbliğat-təşviqat işlərinə start verməlidirlər”.
Daha sonra YAP Tərtər rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Adil Hüseynov, rayon təşkilatının Şura üzvü Faiq Məmmədov və başqaları məruzə ətrafında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, hazırda 84 ərazi ilk partiya təşkilatında 5273 nəfər üzv var. Onlardan 2713 nəfəri qadınlar, 1324 nəfəri isə gənclərdir.
Şura iclasında rayon təşkilatının sədri Ramiz Şabanovun hesabatının təsdiq olunması və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

