Bakıdan dünyaya verilən inkişaf mesajı
20.05.2026 [11:19]
2026-cı il mayın 18-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünya urbanizasiya siyasətinin müzakirə olunduğu ən mühüm platformalardan biri kimi tarixə düşdü. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə təkcə tədbirin əsas siyasi mesajı deyil, həm də Azərbaycanın gələcək inkişaf baxışının təqdimatı oldu.
Bu gün dünya şəhərləri yeni çağırışlarla qarşı-qarşıyadır. İqlim dəyişiklikləri, əhali artımı, enerji təhlükəsizliyi və sosial bərabərsizlik urbanizasiya siyasətinə yeni yanaşmalar tələb edir. Prezident İlham Əliyev çıxışında məhz bu məqamları diqqətə çatdıraraq bildirdi ki, müasir şəhərsalma yalnız texniki layihələr deyil, insan rifahına xidmət edən strateji konsepsiyadır. Azərbaycanın həyata keçirdiyi layihələr də məhz bu prinsiplərə əsaslanır.
Bakının belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi etibarlı mərkəzə çevrilib. İstər siyasi dialoq platformaları, istər enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq forumlar, istərsə də COP29 kimi qlobal tədbirlər Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir. WUF13-ün də Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın dayanıqlı inkişaf və şəhərsalma sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə qəbul olunmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın şəhərsalma modelinin əsas xüsusiyyətləri də xüsusi vurğulandı. Dövlət başçısı qeyd etdi ki, ölkəmizdə həyata keçirilən layihələr milli-mənəvi dəyərlərin qorunması ilə müasirliyin uzlaşdırılması prinsipi üzərində qurulub. Bakının qədim tarixi simasını qorumaqla müasir memarlıq nümunələrinin yaradılması bunun ən aydın göstəricisidir. İçərişəhərin tarixi ruhu ilə Alov Qüllələrinin modern görünüşünün eyni şəhərdə harmonik şəkildə birləşməsi Azərbaycanın inkişaf fəlsəfəsini simvolizə edir.
Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri regionda yeni inkişaf modelinin formalaşdığını göstərir. Azərbaycan dağıdılmış şəhərləri yalnız bərpa etmir, eyni zamanda onları gələcəyin texnologiyalarına uyğun şəkildə yenidən qurur. Yaşıl enerji zonalarının yaradılması, ekoloji tarazlığın qorunması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi Azərbaycanın müasir urbanizasiya siyasətinin əsas istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də insan amilinə verilən önəm idi. Dövlət başçısı vurğuladı ki, şəhərlər ilk növbədə insanlar üçün rahat, təhlükəsiz və əlçatan olmalıdır. Bu yanaşma Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələrində də özünü göstərir. Yeni parkların salınması, nəqliyyat sistemlərinin yenilənməsi, ekoloji layihələrin genişləndirilməsi və sosial obyektlərin tikintisi insan mərkəzli siyasətin nəticəsidir.
WUF13 çərçivəsində Bakı bir daha qlobal dialoq məkanına çevrildi. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər və urbanistlər burada gələcəyin şəhərləri ilə bağlı fikir mübadiləsi apardılar. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu qlobal proseslərin fəal iştirakçısı olmaqla yanaşı, yeni təşəbbüslər irəli sürən ölkələrdən biri olduğunu nümayiş etdirdi.
Bu forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndiyini bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkəmizi regionun aparıcı dövlətinə çevirməklə yanaşı, onu qlobal miqyasda da söz sahibi edən mühüm amilə çevrilib. Bakıdan dünyaya verilən mesaj isə aydındır: Azərbaycan dayanıqlı inkişafın, müasir şəhərsalmanın və humanist dəyərlərin tərəfdarı olan güclü dövlətdir.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18

