Müasir tariximizin Milli Qurtuluş Günü
10.06.2026 [10:31]
33 il əvvəl – ötən əsrin son 10 ili Azərbaycan xalqının təzadlı səhifəsinə çevrilərək, ağır sınaqlar dövrünə təsadüf edir. Dövlətçiliyimiz dağılıb məhv olurdu.
Xüsusilə 1991-1993-ci illər arasında ölkə rəhbərliyində olan siyasi dairələrin səriştəsizliyi, dünyada və respublikada gedən proseslərin əsil mahiyyətinin düzgün dərk edilməməsi, nəticədə, Azərbaycanı xaos, anarxiya girdabına yuvarladı. Vəziyəti mürəkkəbləşdirən ən ciddi amil isə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində yaranan və günü- gündən şiddətlənməkdə olan Dağlıq Qarabağ münaqişəsi idi. Ermənistan tərəfindən başlanılan və ən qəddar metodlarla aparılan müharibə nəticəsində, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq insan qaçqın vəziyyətinə düşmüşdür. Həmin illərdə Azərbaycanın siyasi həyatında qeyri-qanuni silahlı dəstələrdən istifadə olunması adi hal almışdır.
1993-ci ilin iyununda Azərbaycan “olum və ya ölüm” qarşısında qalmışdı. Məhz o zaman Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Naxçıvanda başlamış qurtuluş mübarizəsi özünün yeni- həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Özünün vaxtilə qurub yaratdığı Azərbaycana II dəfə siyasi rəhbərliyə gələn müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”.
Sözsüz, 4 iyun hadisələri AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin nəticəsi idi. Hakimiyyət daxilində gedən mübarizə nəticəsində hər yerdə özbaşınalıq hökm sürürdü. Nazirlər, bir sıra silahlı birləşmələrin rəhbərləri prezidentə tabe olmurdular. Mövcud hakimiyyətə daha doğrusu, hakimiyyətsizliyə xalqın dözümü qalmamışdır. Belə bir vaxtda Sürət Hüseynovun tabeçiliyində olan dəstələrin hakimiyyətə tabesizlik göstərməsi, hakimiyyətin uğursuz Gəncə əməliyyatı hadisələri daha da gərginləşdirirdi. Əlikram Hümbətovun isə separatçı hərəkətləti vəziyyəti kritikliyin son həddinə gətirdi. Daha doğrusu, vətəndaş müharibəsi artıq başlamışdı.
Ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər yeni əraziləri ələ keçirməyə başladılar.
1993-cü ilin iyun günlərində ölkədə yaranmış durumdan narahatlığını bildirən YAP-nın bir qrup fəalı qərara almışdır ki, Prezident Aparatına müraciət etsinlər.
İyun ayının 6-da YAP üzvləri ölkə rəhbərləri ilə görüşmüş, o zamanki iqtidarın çaşqınlıq işərisində olduğunun şahidi olmuşlar.
Bu görüşdən sonra nəhayət, həmin dövrdə iqtidar ölkəni uçuruma apardığını başa düşdü və məcburiyyət qarşısında qalaraq Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. O zaman ziyalılar, xalq başa düşürdü ki, yeganə ümid yolu xalqın müdrik oğlu Heydər Əliyevdir.
İyunun 13-də İsa Qənbər istefaya çıxdı. Ulu öndərimiz Heydər Əliyev Gəncəyə gedib vəziyyətlə tanış olandan sonra 15 iyunda Ali Sovetin Sədri seçildi,xalqı bu bəladan qurtardı. İqtidarın xahişi ilə, xalqın tələbi ilə Heydər Əliyev yenidən ölkə rəhbərliyinə gəldi və Azərbaycanın yeni tarixində ən faciəli anlarından olan iyun hadisələrini tənzimlədi.
Bundan dərhal sonra hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı və cinayətkar ünsürlər zərərsizləşdirildi. Milli Ordumuz formalaşmağa başladı, 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə edildi.
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə, əsrin müqaviləsi adlandırılan neft kontraktları imzalandı.
Oktyabr 1994-cü il, mart 1995-ci ildə dövlət çevrilişinin qarşısı alındı.
1995-ci il noyabr ayının 12-də müstəqil Respublikamızın ilk Konstitusiyası qəbul olundu. Müstəqillik tariximizdə ilk Parlament seçkiləri keçirildi.
Ölkəmizdə tarixi islahatlar aparıldı. Bazar iqtisadiyyatı formalaşmağa başladı. Torpaq və aqrar islahatlar keçirildi, sahibkarlıq inkişaf etdi, bir çox qanunvericilik aktları qəbul olundu. Gənc, müstəqil Respublikamızın beynəlxalq nüfuzu artmağa başladı.
2001-ci ilin yanvar ayının 17-də Respublikamız Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.
Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövləti elə onun rəhbərliyi ilə qısa zaman kəsiyində bir dünya dövlətinə çevrildi. 15 İyun Azərbaycanın müasir tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
Bu gün xalqımız dahi rəhbər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda əzmlə mübarizə aparırlar.
Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan öz müstəqilliyini möhkəmləndirməklə yanaşı müharibədən də çıxmalı, necə olursa olsun torpaqlarımızı qaytarmalıdır”.
Bugün fəxr hissi ilə söyləyirəm ki, dahi rəhbərimizin 27 il öncə söylədiyi uzaqgörən siyasəti, ideyaları, arzuları 2020-ci ilin sentyabr-noyabr aylarında yerinə yetirildi. 44 günlük II Vətən müharibəsində, sonrakı antiterror əməliyyatlarında əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, igidliyi sayəsində işğal altında olan torpaqlarımız azad olundu. Azad olunmuş torpaqlarda üçrəngli bayrağımız dalğalandı. Hazırda Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.
Azərbaycan xalqı öz liderinin- müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müstəqil Azərbaycan bu gün bütün sahələrdə qələbələr, davamlı uğurlar qazanır. Heydər Əliyevin ölməz ideyaları daim yaşayır və qalib gəlir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25

