Sabunçu rayonunda “Vətənə Hazıram - 2” adlı layihə həyata keçirilib
21.10.2026 [14:29]
19-21 oktyabr tarixlərində YAP Sabunçu Rayon Təşkilatı, Bakı Gənclər Mərkəzi və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 3 günü əhatə edən “Vətənə Hazıram - 2” adlı layihə həyata keçirilib.
Layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması, onların vətənə xidmət, dövlətçilik və milli məsuliyyət prinsipləri əsasında formalaşmasına töhfə vermək olub. Layihə çərçivəsində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların fəallığının artırılması və vətənpərvərlik ideyalarının təbliği istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilib. Gənclər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində hər komanda 7 nəfərdən ibarət olmaqla 4 komandaya bölünərək nəzəri və praktiki biliklərə yiyələniblər. Həmçinin hərbi texnika və avadanlıqlar, sağlamlıq, təhlükəsizlik və təxliyə qaydaları haqqında maarifləndirici məlumatlarla tanış olublar.
Layihənin bağlanış mərasimində çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, bu layihə gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması, hərbi xidmətin mahiyyətinin izahı istiqamətində mühüm addımdır. Diqqətə çatdırılıb ki, bu gün vətəninə bağlı, yüksək bilik və bacarıqlara malik, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək sabahın güclü Azərbaycanını formalaşdırmaq deməkdir.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, layihədə gənclər Azərbaycan ordusu haqqında ilkin nəzəri və praktiki biliklər qazanıb, intizam və komanda bacarıqlarını inkişaf etdiriblər. Vurğulanıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi milli birliyin qorunması baxımından əhəmiyyət daşıyır.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov gənclərdə milli-mənəvi dəyərlərə sədaqət və vətənə bağlılıq hissinin möhkəm olması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib. Qeyd olunub ki, layihə gələcək nəsillərin dövlətinə və ordusuna sədaqətli, güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edəcək.
Sonda iştirakçı komandalar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, “Vətənə Hazıram-2” layihəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dəyərlərə bağlılığının möhkəmləndirilməsi və cəmiyyətin ictimai həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi təşəbbüslər gənc nəslin vətənə sədaqət, milli birlik və dövlətçilik prinsiplərinə bağlı ruhda formalaşmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxSiyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05

