Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qurultay nitqindən irəli gələn məsələlər və partiyanın fəaliyyət istiqamətləri

Qurultay nitqindən irəli gələn məsələlər və partiyanın fəaliyyət istiqamətləri

21.10.2026 [15:09]

21 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatının sədri Vüsal Aslanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın siyasi fəaliyyət istiqamətlərinin, qarşıda duran vəzifələrin və ölkənin gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyan hadisə kimi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı dövlətçilik ənənələri, milli maraqların qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf hədəfləri kontekstində əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər Bələdiyyəsinin sədri Nəsib Hacıyev, partiya fəalı Rafiq Rəhimli və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan siyasi təşkilatlardan biridir. Partiyanın fəaliyyəti dövlətçilik ənənələrinin qorunması, cəmiyyətin inkişaf proseslərində iştirak və qarşıya qoyulan siyasi məqsədlərin həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edir. VIII Qurultay partiyanın fəaliyyətinin yeni dövrün tələbləri baxımından nəzərdən keçirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi və təşkilati fəaliyyətin prioritetlərinin müzakirəsi üçün əhəmiyyətli platformadır.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31