/ / YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin toplantısı keçirilib
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin toplantısı keçirilib
16.04.2014 [09:11]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin toplantısı keçirilib. Toplantıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd olunması ilə əlaqədar tədbirlər planı müzakirə olunub. Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən geniş bəhs edib. O, bildirib ki, fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının bütövlüyü uğrunda fədakarlıqla çalışmış Ümummilli liderimiz Heydər Əliyev tarixdə hər hansı bir dövlət başçısının öz ölkəsi üçün edə bilmədiklərini Azərbaycan üçün reallığa çevirib. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan xalqı Sovet imperiyasından rəsmən azad olsa da dövlət müstəqilliyinin qorunub saxlanılması Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşıb. “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla həyata keçirir” - deyə, T.Tağıyev vurğulayıb.
T.Tağıyev artıq rayon təşkilatının binasında orta məktəb şagirdləri üçün Ulu öndər Heydər Əliyevin zəngin irsinə dair dərslərin keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Ümummilli liderimizin anadan olmasının 91-ci ildönümü bütün ilk təşkilatlar səviyyəsində qeyd olunmalıdır. T.Tağıyev bu münasibətlə qanvermə aksiyasının, yaşıllaşdırma kampaniyasının və s. tədbirlərin keçiriləcəyini də qeyd edib.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı gənclərin də müxtəlif idman tədbirləri keçirəcəyini diqqətə çatdırıb. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Y.Babanlı gənc nəslin Ümummilli liderimizin ideyalarına sadiq olduğunu vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova da rəhbərlik etdiyi qurumun bu münasibətlə tədbirlər keçirəcəyini deyib. O həmçinin qeyd edib ki, təşkilatın Qadınlar Şurası görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da anadan olmasının ildönümü ilə bağlı tədbir keçirməyi nəzərdə tutur. “Ümumiyyətlə, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə sadiq qalaraq ölkə Prezidentinin fəaliyyətini dəstəkləyir” - deyə, M.İbrahimova vurğulayıb.
Tədbirin sonunda YAP fəalı Firudin Nəsirov 65 illik yubileyi münasibətilə təşkilatın Fəxri fərmanı ilə təltif olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

