YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilib
02.05.2014 [08:51]
Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Ofeliya Əzizova bildirib ki, YAP regionda ən güclü, monolit bir partiyadır. Onun sözlərinə görə, YAP Mingəçevir şəhər təşkilatı öz sıralarında 6688 nəfər üzvü birləşdirir ki, bunlardan da 3899 nəfəri qadınlardır: “Şəhərimizin ən fəal, işgüzar qadınlarını təmsil edən YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının tərkibində olan qadınların 1840 nəfəri gənc, 2201 nəfəri ali, 1084 nəfəri orta texniki, 614 nəfəri orta təhsillidir”.
Konfransda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov müasir Azərbaycanın əldə etdiyi uğurları Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi kimi dəyərləndirib. Natiq, həmçinin, ölkəmizdə əldə edilən inkişafdan qadınlara da pay düşdüyünü bildirib.
Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov öncə bu konfransın ölkəmiz və xalqımız üçün əlamətdar bir tarix-Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ilönümü ərəfəsində keçirildiyini bildirib. Natiq deyib ki, Ümummilli liderimiz hər zaman qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. O da bildirilib ki, hesabat dövründə tarixi və əlamətdar günlər, yubileylər, milli bayramlarla bağlı tədbirlərin keçirilməsində YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının üzvləri xüsusilə fərləniblər.
Sonra məruzə ətrafında YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Nurcamal Məmmədova və şəhər təşkilatının Qadınlar Şurasının üzvü Lalə Əsgərova çıxış ediblər.
Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb və Nurcamal Məmmədova YAP Mingəçevir şəhər təşkilatının yeni sədri seçilib. Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Respublika Konfransına 4 nəfər nümayəndə seçilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39

