YAP Binəqədi rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
08.03.2016 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən partiya üzvləri iştirak ediblər.
Rayon təşkilatından verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsinin önünə gül dəstələri qoyaraq Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra YAP və partiyanın Binəqədi rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətindən bəhs edən film nümayiş edilib. Yığıncaqda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının fəaliyyəti və 2015-ci ildə həyata keçirdiyi çoxsaylı layihələrdən söhbət açıb. YAP Binəqədi rayon təşkilatının sədri partiya üzvlərinin bundan sonrakı fəaliyyətləri dövründə də dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sədaqətli olacaqlarını və ölkəmizin çiçəklənməsi uğrunda daim çalışacaqlarını bildirib.
Yığıncaqda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın çətin dönəmlərdə yarandığını bildirib. Eldar İbrahimov 1990-cı illərin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbir kasasının daşmasına səbəb olduğunu, xalqımızın Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm bir hadisə olduğunu bildirib. Millət vəkili həmçinin Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və bu siyasətin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Millət vəkili Kəmaləddin Qafarov da YAP-ın Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd edib. Çıxışında həmçinin ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən danışan natiq dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində uğurlarımızın bundan sonra da davam edəcəyini deyib.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini qeyd edib. Xaləddin İsgəndərov Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.
Sonda YAP Binəqədi rayon təşkilatının yaradılmasının 23 illiyi münasibətilə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalı fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Eyni zamanda, partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33

