YAP Lerik rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
11.06.2016 [09:37]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu: “1993-cü ilin 15 iyun tarixi Azərbaycan siyasi tarixində dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin, soy-kökümüzün, dövlətçilik ənənələrimizin qayıdışı günüdür. Bu tarix həm də qanı bahasına Vətən torpaqlarını qoruyan, dünyanın ən böyük siyasi arenalarından səsi gələn Azərbaycan gəncliyinin özünə qayıdış tarixidir”.
Natiq daha sonra qeyd edib ki, qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Ulu öndər Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan E.Qəmbərov bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycanın bütün sahələrdə yüksək sürətlə inkişaf etdiyini, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirdiyini qeyd edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir”, - deyə təşkilat sədri vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər Ümummilli lider Heydər Əliyevin ideyalarının daim xalqımızla birgə yaşayacağını, xalqımızın isə Ulu öndərin xatirəsini həmişə uca tutacağını vurğulayıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09

