YAP Səbail rayon təşkilatında “Gəlin birgə yaşadaq” mövzusunda konfrans keçirilib
02.11.2016 [09:56]
Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının, Azərbaycan Talassemiya Federasiyasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Gəlin birgə yaşadaq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının inzibati binasında keçirilən maarifləndirici tədbirdə bu qurumun, habelə Azərbaycan Talassemiya Federasiyasının, Mərkəzi Qan Bankının və Respublika Talassemiya Mərkəzinin məsul şəxsləri, gənclər iştirak ediblər.
Konfransda əvvəlcə qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev konfransda çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. YAP Səbail rayon təşkilatının ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihə və tədbirlərə qatıldığını vurğulayan M.Nağıyev təmsil etdiyi qurumun bu aksiyaya da fəal qoşulduğunu diqqətə çatdırıb. Sədr müavini YAP Səbail rayon təşkilatının son dövrlərdə həyata keçirdiyi və iştirak etdiyi layihə və tədbirlərdən danışıb.
Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva talassemiya xəstəliyinin fəsadları, onun yaranmasına səbəb olan amillər, müalicəsi üsulları barədə ətraflı məlumat verib. Tədbirin əsas məqsədinin qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ətraflı məlumatın verilməsi olduğunu vurğulayan Z.Mirzəyeva ölkəmizdə qan donorluğunun inkişafında KİV nümayəndələrinin rolunu yüksək qiymətləndirib.
Sonra Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova, Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına əsasən, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində təşkil olunur. Fond tərəfindən təşkil olunan “Talassemiyasız həyat naminə” mövzusunda “dəyirmi masa”dan sonra xeyli sayda dövlət və kommersiya təşkilatı qanvermə aksiyalarında fəal iştirak edirlər. Hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış insan var ki, belə aksiyalar onların həyatı üçün mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Azərbaycan Talassemiya Federasiyasının qan donorluğu barədə ictimaiyyəti daha geniş məlumatlandırması əhalinin, dövlət təşkilatlarının və biznes qurumlarının cəlb edilməsi ilə qan toplama kampaniyalarının mütəmadi təşkilinə xidmət edir. Qan donorluğunun inkişafı məqsədilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankı mütəmadi qaydada belə tədbirlər həyata keçirir.
Çıxışlardan sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

