Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10.12.2016 [11:45]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Xətai rayonundakı abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, Türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan xalqı hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir: “Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub”.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov isə deyib ki, böyük insanların, tarixi şəxsiyyətlərin iki ömrü olur - fiziki ömrü və onun siyasi ömrü. Heydər Əliyev o xoşbəxt siyasətçilərdən, müstəsna dövlət xadimlərindəndir ki, Onun siyasi ömrü fiziki ömründən qat-qat uzun davam edir: “O, bu gün də davam edir, gələcəkdə də davam edəcək, bir sözlə, nə qədər ki, Azərbaycan var, Azərbaycan olacaq, Heydər Əliyev ideyaları Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycanın hər bir vətəndaşına xidmət edəcək. Heydər Əliyev bütövlükdə Azərbaycan üçün, həm də hər bir azərbaycanlı üçün böyük zirvədir ki, xalqımız da, insanlarımız da məhz o zirvəyə baxaraq irəliləyir. Bu gün Onun parlaq ideyaları zəfər çalır”.
Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq, məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bu gün isə Ulu öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb”.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bənzərsiz liderlik keyfiyyətlərindən danışıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev əsl liderdir, o lider ki, xalqını, dövlətini böyük bir qaranlıqdan parlaq, işıqlı günlərə çıxarıb.
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı isə Ulu öndər tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurlarından, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan gənclərinin mühüm nailiyyətlər qazanmasından danışıb.
Tədbirin sonunda Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56

