Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatı Reyestr xidməti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Yevlax rayon təşkilatı Reyestr xidməti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

22.02.2017 [09:50]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Nöbəti yığıncaq YAP Yevlax rayon təşkilatı Reyestr xidməti ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Emil Qarayev məruzə ilə çıxış edərək, bildirib ki, ilk təşkilat üzvləri siyasi kampaniyalarda, rayon və respublika əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər.
İclasda ərazi ilk partiya təşkilatının üzvlərindən Ruslan Abdurrəhmanov, Tofiq Abbasov çıxış edərək ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndiriblər.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etdiyini deyib. Natiq bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də məhz gənclərdən ibarətdir.
Hesabat-seçki yığıncağında təşkilatın yeni sədri, sədr müavini və YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçiliblər.

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30