Yeni Azərbaycan Partiyası xalqın partiyası imicini qazanıb
31.10.2017 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatı tərəfindən növbəti tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və fəal gənclərin iştirak etdiyi tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi olduğunu bildirib. R.Şabanov olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası 25 il ərzində şərəfli yol keçib. Rayon İcra Hakimiyyətinin başçısı deyib ki, YAP böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanıb. Partiyanın qurucusu Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə zəmin yaradıb.
Tədbirdə həmçinin YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, YAP Tərtər rayon təşkilatı Şurasının üzvü, rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədov, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin üzvü, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov və YAP Tərtər rayon təşkilatı Şurasının üzvü, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu vurğulayıblar.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

