Ağcabədi rayonunda seçicilərlə möhtəşəm görüş-mitinq keçirilib
28.03.2018 [10:35]
Ağcabədililər aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunda seçicilərlə görüşlər davam edir. Martın 26-da isə Ağcabədi şəhər stadionunda növbəti möhtəşəm görüş-mitinq keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov öncə qarşıdan gələn prezident seçkiləri haqqında ətraflı məlumat verib. Çıxışında partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında da danışan Rövşən Əhmədov deyib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Natiq qeyd edib ki, bəhs edilən dövrdə əldə edilən iqtisadi uğurlar, öz növbəsində, regionların sosial-iqtisadi inkişafını da təmin edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan Ağcabədi rayonuna da pay düşüb: “Biz qürurla deyə bilərik ki, Ağcabədi bu gün respublikanın ən inkişaf edən və ölkənin iqtisadi həyatında öndə gedən rayonlardan biridir”.
Daha sonra ötən müddət ərzində rayonda həyata keçirilən tikinti-quruculuq işləri barədə ətraflı danışan natiq bildirib ki, ağcabədililər onlara göstərilən qayğını həmişə yüksək qiymətləndiriblər və aprelin 11-də gələcəyimizə, inkişafımıza, xoşbəxtliyimizə - cənab İlham Əliyevə səs verəcəklər!
Mitinqdə həmçinin YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğatçısı, Qarabağ müharibəsi əlili Ramil Nağıyev, millət vəkilləri - Tahir Rzayev, Bəxtiyar Əliyev və Bəxtiyar Sadıqov çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlar barədə öz fikirlərini bölüşüb, seçiciləri 11 aprel 2018-ci il tarixində Yeni Azərbaycan Partiyasinın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbir respublikamızın incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

