YAP Nərimanov rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
04.04.2018 [10:25]
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib. Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, Nərimanov rayon qadın seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, Azərbaycan qadını özünü heç vaxt ölkəmizdəki inkişaf proseslərindən kənarda hiss etməyib. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. M.İbrahimova qeyd edib ki, qadınlar prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vətəndaşların arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir: “Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mühüm üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Bu uğurların davamı naminə hər bir seçici 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir”.
Tədbirdə YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova, 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Mehriban İsayeva və fəal gənc Sara Abbasquliyeva çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı regionun lider dövlətinə çevirib. Bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir. Yəni Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Qeyd edilib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

