Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır
25.10.2019 [10:07]
YAP İcra Katibliyində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev mətbuat konfransı keçirib
Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev mətbuat konfransı keçirib. M.Musayev bildirib ki, ötən dövrdə müstəqil Azərbaycan böyük inkişaf yolu keçib və cari ilin doqquz ayının uğurlu nəticələri bu faktı bir daha təsdiq edir. Onun sözlərinə görə, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib.
ASK prezidenti qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bəhs edilən bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Bütövlükdə, ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir.
M.Musayev söyləyib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasında 6 mindən çox sahibkar, 61 assosiasiya birləşib. Onun sözlərinə görə, cənab Prezidentin müşavirədəki nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi: “Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Heç də təsadüfi deyil ki, “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasında qeyd olunub. Lakin Azərbaycan bu uğurlarla kifayətlənmir. İslahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. Dövlətimizin başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub”.
Azərbaycan sahibkarlarının dövlət qayğısı ilə əhatə olunduğunu deyən ASK prezidenti göstərilən qayğıya görə ölkə rəhbərinə sahibkarlar adından minnətdarlıq edib. Onun sözlərinə görə, ölkə Prezidenti hər zaman sahibkarlığın inkişafına mane olan məsələlərin aradan qaldırılmasını diqqətdə saxlayır, kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstək verir: “Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır”.
M.Musayev deyib ki, İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi sahibkarlar üçün əlverişlidir: “Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur. Bu göstərici Azərbaycanda həyata keçirilən uğurlu islahatlar və sahibkarlığın inkişafı üçün yaradılan şərait sahəsində mümkün olub. İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi də sahibkarlığın inkişafına mühüm töhfə verəcək. Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq. Sahibkarlar bir unvan tanıyacaq və bütün məsələlərin həllini bir ünvanda tapacaqlar. Bu, çox mükəmməl bir idarəetmə mexanizmidir”.
Onun sözlərinə görə, ASK-nın əsas hədəflərindən biri qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsidir.
M.Musayev, həmçinin bildirib ki, ASK sahibkarlar arasında müxtəlif sorğular keçirməyi planlaşdırır ki, bunun nəticəsində onların qarşılaşdığı problemlərin həlli yolu araşdırılacaq. Onun sözlərinə görə, əsas hədəflərdən biri “Douing Business”də sahibkarlara yaradılan əlverişli şərait üzrə göstəricini daha da yüksəltməkdir.
M.Musayev həmçinin ASK-nın Azərbaycan məhsullarının xaricə ixracı istiqamətində gördüyü işlər, eləcə də qurumun beynəlxalq əməkdaşlığı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində biznes forumu keçirilib: “Bu gün türkdilli ölkələr bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir. Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən-ilə genişlənir. İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. Türk Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyədək artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12 faiz təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumları, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir”.
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının fəaliyyətinə gəlincə, M.Musayev bildirib ki, bu, bank olmayan kredit təşkilatıdır və regionlarda kreditləşmə işlərini həyata keçirir. Təşkilat İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatının Aqrar Kredit və İnkişaf Agentliyinin kreditlərinin verilməsində agent bank rolunu oynayır. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının kredit portfeli isə 98 milyon manatdır. “Qeyd edim ki, hazırda “Aqrarkredit”in verdiyi kreditlər 5-7 faiz civarındadır. Bu, kiçik və orta biznes üçün çox əlverişlidir, məhz buna görə bizim müştərilərimizin sayı 6 mindən yuxarıdır”, - deyə M.Musayev vurğulayıb.
M.Musayev, həmçinin deyib ki, Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3,2 milyard manatdan çox borc ödənilib. Onun sözlərinə görə, 1300-dən çox borclunun borcu bağlanıb: “Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

