/ / YAP İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
YAP İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
20.11.2019 [10:10]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. Tədbirin açılışında çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikamızda bır sıra siyasi təşkilatlar yaradılsa da, xalqın inamını doğrulda bilmədilər.
Müstəqilliyimizin ilk illərindən danışan S.Novruzov deyib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə çox acınacaqlı vəziyyət yaranmışdı ki, insanlar sabaha ümidlərini itirmişdilər. O zaman çörək növbələri, çörək tapmaq insanların başlıca qayğısına çevrilmişdi. Digər tərəfdən isə Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edirdi.
Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Buna görə də bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək siyasi partiya yaradılmasını xahiş etdilər. Ulu Öndərimiz müraciətə müsbət cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Beləliklə, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq ümumxalq partiyasına çevrildi.
Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.
S.Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 27 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.
Onun sözlərinə görə, YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP İcra katibinin müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. O qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr də xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
S.Novruzov bildirib ki, Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə bütün hüquqlar təmin olunub. Qazanılan uğurlar həm də partiyamızın uğurlarıdır.
Hazırda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirildiyini deyən S.Novruzovun sözlərinə görə, belə tədbirlərdən biri də bu gün təşkil olunan şahmat yarışıdır. O, bu istiqamətdə tədbirlərin davamlı olacağını söyləyib.
Qeyd edək ki, Əməkdar məşqçi, FİDE-nin məşqçısı, beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov tərəfindən eyni zamanlı seans şahmat yarışması təşkil olunub. Yəni, bir nəfər 14 nəfərə qarşı oynayıb. Şahmat yarışında YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarından olan şahmatçılar iştirak ediblər.
Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Mükafatları Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Anar Allahverdiyev təqdim ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

