/ / Hatəm Qocayev: Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür
Hatəm Qocayev: Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür
09.07.2020 [09:47]
“Bu gün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır və bu bəladan xilas olmağın yollarını axtarırlar. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Bəşəriyyətin bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasının ən əsas şərtlərindən biri isə qlobal həmrəylikdir. Pandemiya qlobal təhdidlər yaratdığı üçün ayrı-ayrı ölkələr ona qarşı mübarizədə öz səylərini birləşdirməlidirlər”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev deyib.
O bildirib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq ciddi qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb.
H.Qocayev söyləyib ki, dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Deyilənlər baxımından Azərbaycanın pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüslərini yüksək dəyərləndirən Hatəm Qocayev vurğulayıb: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə aprel ayında bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirirdi. Eyni zamanda Qoşulmama Hərəkatının Sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də qurumun Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu, Azərbaycanın xoş niyyətini ifadə edir”.
Azərbaycan Prezidentinin təşəbbüsünün dünyanın 130 dövləti tərəfindən dəstək qazandığını deyən təşkilat sədri qeyd edib: “Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etimadının növbəti təzahürüdür”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

