Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəfəq Əhmədova: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil və öz təcavüzkar siyasətini davam etdirmək niyyətindədir

Şəfəq Əhmədova: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil və öz təcavüzkar siyasətini davam etdirmək niyyətindədir

28.07.2020 [09:11]

“İyulun 12-də Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozması işğalçı ölkənin təcavüzkar olduğunu bir daha sübut etdi. Sərhəddə yaranan vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Əminliklə demək olar ki, Ermənistanın beynəlxalq hüquq normalarını hər dəfə olduğu kimi kobud formada pozması, sivil qaydalara məhəl qoymaması, həmçinin pandemiya şəraitində təxribat xarakterli hərəkətləri bu ölkənin təcavüzkar mahiyyətini dünyaya nümayiş etdirdi. Son günlər ərzində baş verən proseslər göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil və öz təcavüzkar siyasətini davam etdirmək niyyətindədir”.
Bu fikirləri Yeni Azərbaycan partiyası (YAP) Gənclər Birliyi Ofisinin koordinatoru Şəfəq Əhmədova deyib.
Ş.Əhmədova bildirib ki, bu təxribat cəhdinin Azərbaycan tərəfindən qarşısının alınması və düşmənə layiqli cavab verilməsi dövlətimizin işğalçı ölkənin təxribatlarına dözmək niyyətində olmadığını göstərir. Eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini bir daha əyani surətdə nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, onun Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.
“Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında bir sıra vacib məsələlərə toxundu. Bu məsələlər arasında Ermənistanın dövlət sərhədində hərbi təxribat törətməsi və buna layiqli cavab aldıqdan sonra beynəlxalq qurumlara müraciət etməsi ilə bağlı oldu. Cənab Prezident vurğuladı ki, Ermənistanın bu hadisəyə görə ölkəmizi ittiham etməsi absurddur. Bizim sərhəddə heç bir məqsədimiz yoxdur. Bizim bir məqsədimiz yalnız işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Əlbəttə ki, erməni tərəfi müxtəlif təşkilat və qurumların kölgəsində gizlənməsi, onun necə qorxaq və aciz olduqlarını göstərir. Prezident İlham Əliyev onu da söylədi ki, bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, həmrəylik hökm sürür, xalq öz rəhbərini birmənalı şəkildə dəstəkləyir və milli ordumuza güvənir. Azərbaycan cəmiyyəti əmindir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Xalqın birliyi, həmrəyliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğal altında olan torpaqlarımızda bayrağımız dalğalanacaq. Beləliklə, əminliklə demək olar ki, ölkəmizdə mövcüd olan xalq-iqtidar birliyi sabitliyi, inkişafı, tərəqqini təmin edən amildir”, - deyə Ş.Əhmədova qeyd edib.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30