/ / Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında birgə layihələrin keçirilməsi ilə bağlı müzakirələr aparılıb
Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında birgə layihələrin keçirilməsi ilə bağlı müzakirələr aparılıb
26.12.2020 [09:20]
Ankarada Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyə üzə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər münasibətilə Müzəffər Ali Baş Komandanımız başda olmaqla, yenilməz Azərbaycan Ordusunu və xalqımızı səmimi qəlbdən təbrik edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət və verdiyi qətiyyətli qərarlar nəticəsində əldə olunan Qələbənin tarixi hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafı bütün bölgə üçün faydalı və əhəmiyyətlidir. Türkiyə bu Qələbənin qazanılmasını yüksək dəyərləndirir və öz sevinci kimi qarşılayır. Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafının qorunmasında və daha da genişlənməsində iki qardaş ölkənin hakim partiyalarının üzərinə çətin və şərəfli vəzifələr düşür.
Xoş sözlərə və qardaşlıq münasibətlərinə görə minnətdarlığını ifadə edən YAP-ın Türkiyə üzə koordinatoru Ramil Həsən işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində göstərilən mənəvi və siyasi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, xalqımız Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə xalqını haqlı işində Azərbaycana açıq dəstək göstərməsindən qürur duyur və bu şərəfli qətiyyət ürəkləri fəth edib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının geniştərkibli heyətlərinin qarşılıqlı səfərləri, eləcə də Qafqazın incisi hesab edilən Şuşa şəhərində həyat normala dönəndən sonra YAP və AKP-nin birgə beynəlxalq konfrans keçirmək təklifi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın qətiyyətli qərarları, siyasi məsləhətləşmələri, eləcə də qardaşlıq və dostluq münasibətləri bölgəmizdə sülh və inkişaf strategiyasının davam etdirilməsinin əsasını təşkil edir. İki qardaş hakim siyasi partiya səmərəli əməkdaşlıqla bu strategiyanın şaxələnməsinə öz töhfəsini verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

