Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06.05.2021 [08:32]
Hər bir dövlətin müstəqillik əldə etməsini və inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Yəni, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində liderlik fenomeni müstəsna əhəmiyyətə malikdir.
Bu bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar Lider, Ulu Öndər Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Məlumdur ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Amma demək olar ki, ilk vaxtlarda bu müstəqillik kağız üzərində idi. Azərbaycan informasiya blokadası şəraitində idi. Eləcə də daxili qeyri-sabitlik Azərbaycandakı siyasi, sosial-iqtisadi böhranı dərinləşdirirdi. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı çətinliklərdən xilas edərək inkişaf və tərəqqi yoluna çıxardı. Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy Ulu Öndər Heydər Əliyevin və hazırda Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində artıq tamamilə dağıdılıb. Ölkəmiz öz gücünü, siyasi iradəsini bütün dünyaya sübut edib. İndi artıq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir. Bu gün Azərbaycanın üçrəngli bayrağı nüfuzlu beynəlxalq təşkilatların önündə qürurla dalğalanır və biz xalq olaraq bununla iftixar edirik.
Hamıya aydındır ki, bu gün Azərbaycan öz inkişaf yolunu müəyyənləşdirib və bu yolda qarşıya çıxan istənilən maneəni dəf etmək iqtidarındadır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı qələbə məhz bu inkişaf yolunun, əvəzsiz ordu quruculuğunun, qətiyyətli siyasi iradənin, xalq-dövlət birliyinin ən önəmli nəticəsi idi. Azərbaycanın ordu quruculuğuna böyük önəm verən Ümummilli Lider Heydər Əliyev əsgərlərə müraciətində deyirdi ki, orduda xidmət etməkdən, Vətəni müdafiə etməkdən şərəfli peşə, şərəfli sənət yoxdur: “Siz bu, şərəfli peşənin, sənətin sahibisiniz. Bu, yolu tutmusunuz. Bu, yol çox hörmətli yoldur, mötəbər yoldur və bütün Azərbaycan xalqı bu yolu tutan öz övladlarına daim minnətdar olacaqdır”.
Azərbaycan Ordusunun hər bir uğuru Ulu Öndər üçün gələcəkdə qazanılacaq qələbələrin müjdəsi idi. O, Azərbaycan əsgərinin qəhrəmanlığına, şücaətinə bütün səmimiyyəti ilə inanırdı. İnanırdı ki, o gün mütləq gələcək, Azərbaycan Ordusu bir gün mütləq zəfər sevincini canı qədər sevdiyi xalqına yaşadacaq. Hər bir Azərbaycan əsgəri Onun üçün bir qəhrəman idi. Uzaqgörən siyasətçi ifadə etdiyi hər bir fikri ilə sanki gələcəyi hədəf alır, istiqamət verir və nəticələri yüksək peşəkarlıqla dəyərləndirirdi. İstəyirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, münaqişə tezliklə başa çatsın. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun əsasında peşəkar zabit kadrlarının hazırlanmasının dayandığını gözəl bilirdi. Odur ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda bu istiqamətdə böyük işlər görüb.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə də yenicə istiqlaliyyət qazanmış bir ölkənin iqtisadiyyatını dünya səviyyəsində yüksəltmək üçün böyük işlər görürdü. Məhz Onun qurduğu bu siyasi xəttin daha sonra da uğurla davam etdirilməsi Azərbaycan Ordusunu günbəgün zəfərə daha da yaxınlaşdırırdı. Heydər Əliyev Azərbaycanın daha uğurlu, firavan gələcəyini yalnız torpaqlarımızın işğaldan azad edilməsində görürdü. O, işğal altında olan hər bir rayonu, hər bir şəhəri böyük ürəkağrısı ilə xatırlayırdı. Ermənilərin işğalda saxladıqları ərazilərdən danışarkən Ulu Öndər Heydər Əliyev Şuşadan, xüsusilə söz açardı. Çünki məhz Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Şuşada quruculuq işləri həyata keçirir və şəhərin öz tarixi dəyərini özünə qaytarırdı. Ulu Öndər deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu, şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Ona görə də Şuşa tək bir şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Ulu Öndər bildirirdi ki, Şuşanı 1905-ci ildə də yandırıblar, dağıdıblar, 1907-ci ildə də, 1920-ci ildə də. 1920-ci ildə Şuşanın başına gələn bəlalar çox dəhşətli olub. Ancaq təəssüflər olsun ki, on illər keçsə də, Şuşanın o evləri, binaları dağılmış vəziyyətdə, yanmış vəziyyətdə qalırdı. Yalnız 1969-cu ildə Ulu Öndər Azərbaycana rəhbər seçiləndən sonra Onun ilk addımlarımdan biri Şuşanı abadlaşdırmaq, 1920-ci ildə Şuşanın başına gəlmiş hadisələr zamanı dağıdılmış, yandırılmış evləri bərpa etmək və eyni zamanda, Şuşanın tarixi abidələrini qoruyub saxlamaq, onları bərpa etmək, Şuşanı böyük muzeyə çevirmək istiqamətində oldu.
Ulu Öndər zəfərə gedən yolun böyük çətinliklərdən keçdiyini də gözəl bilirdi. Bu yolda qazilərin, şəhidlərin olacağını da anlayırdı. Azərbaycan Ordusunun hər bir əsgəri Onun üçün əziz və dəyərli idi. Məhz uzaqgörən liderin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi zəfərə imza atıldı. Müzəffər Ali Baş Komandan müzəffər Ordusu ilə qələbə qazandı! Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi - Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi!
Əbəs deyil ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qələbə xəbərini çatdırarkən də Ulu Öndərin ruhunun şad olduğunu dedi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Bu, böyük qələbədir. Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açılır. Bu inkişafa gedən yol isə yenə də Heydər Əliyev yoludur! Çünki Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır!
Sevinc Qasımova
YAP Gənclər Birliyinin
sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

