/ / YAP Veteranlar Şurası 28 May - Respublika Günü münasibətilə “Milli istiqlalın təməl günü” mövzusunda videokonfrans keçirib
YAP Veteranlar Şurası 28 May - Respublika Günü münasibətilə “Milli istiqlalın təməl günü” mövzusunda videokonfrans keçirib
27.05.2021 [09:39]
Mayın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası 28 May - Respublika Günü münasibətilə “Milli istiqlalın təməl günü” mövzusunda videokonfrans keçirib.
Videokonfransda YAP Veteranlar Şurasının üzvləri, partiyanın Ağstafa, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayon, Gəncə və Naftalan şəhər təşkilatlarının Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü qeyd olunacaq. Onun sözlərinə görə, Xalq Cümhuriyyətinin ömrü çox qısa olsa da, xalqımızın milli və dövlətçilik şüurunun formalaşmasında xüsusi yeri və əhəmiyyəti var.
YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov mövzu haqqında məruzə ilə çıxış edib. O, qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bildirilib ki, Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul edildi, ana dilimiz dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Misir Mərdanov deyib ki, Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur: “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Onun milli dövlətçilik tariximizə diqqət və qayğısının bariz göstəricisidir”.
Məruzədə qeyd olunub ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Biz hamımız fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, mənfur düşməni yerində oturtdu, Cümhuriyyət qurucularının ruhunu şad etdi.
Tədbirdə, həmçinin YAP Veteranlar Şurasının üzvləri Dilarə Seyidzadə, Əli Həsənov və Adilə Abasova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs ediblər.
Videokonfransda YAP Şəmkir rayon təşkilatının fəal gənci Emin İsmayılovun, YAP Gəncə şəhər təşkilatının fəal gəncləri Mədinə Əsədlinin və Camal Məmmədovun, YAP Göygöl rayon təşkilatının fəal gənci Vüqar Hüseynovun, YAP Qazax rayon təşkilatının fəal gənci Kənan Hüseynlinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

