Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Xocavənd rayon təşkilatının nümayəndələri şəhid Xəyal Namazovun məzarını ziyarət ediblər

YAP Xocavənd rayon təşkilatının nümayəndələri şəhid Xəyal Namazovun məzarını ziyarət ediblər

28.05.2021 [10:12]

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Namazov Xəyal Xudaverdi oğlunun ad günü onun məzarı başında qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının bir qrup fəal üzvü iştirak ediblər. Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Bildirilib ki, şəhid Namazov Xəyal Xudaverdi oğlu 1986-cı ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Xəyal Namazov 3 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, ölümündən sonra Namazov Xəyal Xudaverdi oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31