YAP-ın məqsədi Azərbaycanı daha qüdrətli görməkdir
24.10.2010 [11:25]
Noyabrın 7-də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Məlum olduğu kimi, bu kampaniya çərçivəsində millət vəkilliyinə namizədlər seçiciləri ilə görüşlər keçirir, öz platformaları barədə onlara ətraflı məlumat verirlər. Belə görüşlərdən biri də Sumqayıtda baş tutub. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) millət vəkilliyinə namizədi Leyla Arif qızı Abdullayevanın 30-cu məhəllə, 2/15 saylı binada yaşayan seçicilərlə görüşü olub. Namizədin vəkillərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu deyən A.İmaməliyev sumqayıtlıların da bu prosesdə fəallıq göstərəcəklərini bildirib: “Mən inanıram ki, hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Sumqayıt seçiciləri bu dəfə də inkişafa - yəni, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Daha sonra, Asif İmaməliyev millət vəkilliyinə namizəd haqqında seçicilərə ətraflı məlumat verib: “Leyla Abdullayeva 2005-ci ildən 18 saylı orta məktəbin direktoru vəzifəsində çalışır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, partiyanın Sumqayıt şəhər təşkilatının Şura üzvü kimi daim təşkilatın işində yaxından iştirak edib”.
Tədbirdə çıxış edən namizədin vəkilləri Leyla Abdullayevanın qalib gələcəyi təqdirdə fəal və işgüzar bir millət vəkili olacağına əminliklərini ifadə ediblər.
çıxış edən Leyla Abdullayeva deyib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: “Nəticədə, Azərbaycan bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır. Bu cür dinamik, quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə, xalqımızın, dövlətimizin başçısının yaxın köməkçisi olmağa və sumqayıtlıların etimadını doğrultmağa şərait yaradır”.
Leyla Abdullayeva əlavə edib ki, son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunur. Bu inkişafdan Sumqayıt şəhərinə də pay düşdüyünü söyləyən namizəd dövlətimizin başçısının hər zaman Sumqayıta qayğı ilə yanaşdığını önə çəkib.
Tədbirin sonunda seçicilər çıxış edərək hakim partiyanın namizədinə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

