/ / YAP Binəqədi rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirildi
YAP Binəqədi rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirildi
03.04.2023 [10:36]
31 mart 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 31 Mart Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı tarixdə misli görülməmiş soyqırımı törədib. Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir. Tariximizə qanlı səhifə kimi həkk olunan bu soyqırım unudulmamalı, gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən təxirəsalınmaz addımlar atılır və məhz ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Vüsar İsmayılov çıxışında Vətən müharibəsindəki tarixi zəfərimizdən bəhs etdi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılan hərbi əməliyyatlar zamanı düşmən üzərində qazanılan qələbəmizin tariximizə qızıl hərflərlə yazıldığını vurğuladı.
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə Ermənistan tarix boyu azərbaycanlılara qarşı soyqırımı və etniktəmizləmə siyasəti aparıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. 31 mart soyqırımı isə erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən misli görünməmiş vəhşilikdir. Erməni qəsbkarları hələ XIX əsrdə də, Xanlıqlar dövründə də qətliamlar törətmiş, əliyalın insanların ölümlərinə səbəb olmuşlar. Soyqırımdan bir əsr keçməsinə baxmayaraq həmin hadisələr hələ də tədqiq edilir, öyrənilir. 1918-ci il mart soyqırımı haqqında yetərincə kitablar çap edilir, tədqiqat işləri aparılır və bu məlumatları gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Sonda tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

