YAP Laçın rayon təşkilatı "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda konfrans keçirib
07.04.2023 [14:18]
YAP Laçın rayon təşkilatı "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda konfrans keçirib. Konfransda YAP Laçın rayon təşkilatının rəhbərliyi, ƏPT sədrləri, YAP fəalları, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şəhid ailələri, qazilər və Qarabağ müharibəsi veteranları iştirak etmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Konfrans iştirakçıları çıxış edərək bildiriblər ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qısa vaxtda xalqımız mühüm uğurlar əldə etdi. Həmin illərdə Azərbaycanın gələcəyi naminə atılan uğurlu addımlardan biri də gənclərimizin Sovet İttifaqının nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi olub.
Bu gün Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin təmin olunması Ulu Öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir. Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər. Qeyd edilib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri əsasında inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olub. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir. Sonda YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, ulu öndər Heydər Əliyevin müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutur. Ordunun müstəqilliyin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında həyati əhəmiyyətini nəzərə alan dahi rəhbər bu sahəyə daim böyük diqqət yetirib. Azərbaycanın geosiyasi, geostrateji baxımdan mühüm regionda yerləşməsi ölkənin müdafiə qabiliyyətinin artırılmasını şərtləndirir. Məhz bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun formalaşmasını, onun hərbi potensialının artırılmasını, xüsusilə peşəkar milli zabit kadrlarının yetişdirilməsini daim diqqətdə saxlayırdı. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Bu gün ordu quruculuğu prosesi Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə tarix yazdıq. Bu gün biz Qarabağa, Şərqi Zəngəzura, doğma Laçınımıza qayıdırıq.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

