Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ

13.04.2023 [11:45]

Azərbaycan ilə Qazaxıstan arasındakı qardaşlıq  münasibətlərinin qədim tarixi vardır. Azərbaycanlılar  və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Eyni zamanda bu iki xalqı dil və din eyniliyi də birləşdirir.

Bildiyimiz kimi 1992-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.Qazaxıstanın Azərbaycanda səfirliyi 1993-cü ilin yanvarında, Azərbaycanın Qazaxıstanda səfirlikləri 2004-cü ilin martında fəaliyyətə başlamış, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu isə 2008-ci ilin sentyabrından fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan-Qazaxıstan arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir.

Məlum olduğu kimi  Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfər etmişdir.  Səfər çərçivəsində dövlət başçımızın Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüşü  olmuş, görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi baş tutmuşdur.

Mərasimdə ilk öncə hər iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və prezidentlərin birgə bəyanatını imzalamışlar. Daha sonra nümayəndə heyyətinin iştirakı ilə digər sənədlər  imzalanmışdır.

Səfər çərçivəsində prezident İlham Əliyev Astanada   ulu öndərimizin adını daşıyan küçəsinin təntənəli açılış mərasimində iştirak etmişdir. Mərasimdə çıxış edən dövlətimizin başçısı Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən söhbət açdı, ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan Ulu öndərin  rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxdığını bildirdi.

1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan tarixinin ən ağır dövrünü yaşayırdı, ölkədə anarxiya, özbaşınalıq baş alıb gedir, hakimiyyət uğrunda mübarizə aparılır , torpaqlarımız düşmən Ermənistan tərəfindən işgal edilirdi. Prezident cənab İlham Əliyev də çıxışında qeyd etdi ki, belə bir  mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı və ulu öndərin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf dövrü oldu.

Ümummilli lider  Heydər Əliyevin  qazaxların ənənələrini, adətlərini yaxşı bildiyini qeyd edən dövlət başçımız  qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyini, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirdiyini bildirdi.

Prezident İlham Əliyev Qazaxıstan paytaxtında  ulu öndər  Heydər Əliyevin adını daşıyan küçənin olması iki ölkə arasındakı münasibətlərin sarsılmazlığının daha bir sübutu olduğunu qeyd edərək, Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Qazaxıstan Prezidentinə və bütün qazaxıstanlılara təşəkkürünü bildirdi.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31