Azərbaycanın növbəti diplomatik uğuru
21.08.2023 [16:18]
Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurlara imza atmasının səbəbidir ki, dünyada söz sahibinə cevrilib. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan ölkəmizin malik olduğu nüfuz təkcə regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun rolunu artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslər, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın qətiyyətlə qoruduğunun daha bir ifadəsidir. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasa uğradığını göstərmiş oldu. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun deyə Ermənistan yendən bütün qüvvəsini səfərbər etsə də, həmişə olduğu kimi bu cəhdlər nəticəsiz oldu. Xatırlatmaq yerinə düşər kı, ötən il Fransa və Ermənistan tərəfindən Laçın yolu məsələsinin BMT TŞ-də qaldırılmasına cəhd edilsə də onların bu addımı nəticə vermədi və iflasa uğradılar. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirməsi erməni siyasətinini cirkin üzüzü bir daha ortaya qoymuş oldu. Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniya hec bir məntiqə, reallığa əsaslanmadığından onların bu oyunu erməni “siyasəti”nin üzü idi. Belə ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları əsaslı dəlillərlə rədd edilib. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli kampaniya artıq müstəqil ölkəmizin uğurlu sülhsevər siyasətinə kölgə sala bilməz.Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Beynəlxalq hüquq Azərbaycanın haqli mövqeyini müdafiə edir.Ermənistanın 30 ilə yaxin bir zamanda işğalı altında olan ərazilərimizin azad olundu və Zəfər qazanmış ölkəmizin realliqlarini dünyanın diqqətindədir. Qalib Azərbaycan müharibədən sonra beynəlxalq münasibətlər sistemində nüfuz və gücünü əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq münaqişəni artıq həll edib, münaqışə sona catıb.Aydındır ki, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüsləri dəstəkləyir. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Ermənistanin öz ampulasından kənarda siyasət həyata kecirə bilmədiyini bir daha təsdiqlədi. İclasda tutarlı faklarla Azərbaycan həqiqətləri və mövqeyi diqqətə cəkilib. Qeyd olunub ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha ölkəmizin diplomatik gücünü göstərməklə yanaşı, beynəlxalq haqq və ədalətin də bizim tərəfimizdə oıduğunu nümayiş etdirdi.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

