Laçın dünyanın ən gözəl guşələrindən birinə çevrilməkdədir
01.09.2023 [12:27]
2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Tarixi Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan əsas vəzifə düşmən işğalından azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən müasir tələblərə uyğun şəkildə bərpa etmək və Azərbaycan millətinin Böyük Qayıdış arzusunu reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu tarixi missiyanı da müvəffəqiyyətlə yerinə yetirməkdədir. Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında gerçəkləşdirilən bütün proseslər ölkə başçımız tərəfindən çox ciddi nəzarətdə saxlanılır. Heç də təsadüfi deyildir ki, Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə səfərləri artıq mütəmadi xarakter almışdır.
2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır.
Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.
Dövlət başçımız cənab İlham Əliyevin 26 avqust 2023-cü il tarixində Laçın şəhərinə növbəti səfəri reallaşdı. Bu səfər sürətlə, ən müasir standartlara uyğun şəkildə bərpa olunan və artıq xeyli sayda soydaşımızın qayıdışının reallaşdığı Laçın rayonuna dövlət başçımızın sayca altıncı səfəri idi. Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı cənab İlham Əliyevin söylədiyi dəyərli fikirlər xalqımızın yaddaşında əbədi qalacaq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Laçın rayonuna 26 avqust 2023-cü il tarixli səfərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verərək bildirdi ki, avqust ayının 25-də Laçın rayonu 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbə hazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Ölkə başçımız əlavə etdi ki, Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda, Laçında aparılan genişmiqyaslı quruculuq və yenidənqurma işləri həmçinin, dünya ictimaiyyətini də heyrətləndirib. Bu da bir daha onu nümayiş etdirir ki, Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, düşmənin dağıtdığı, viran qoyduğu yurdları yenidən cənnətə çevirir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

