Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf edir
03.10.2023 [11:27]
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin sarsılmaz xarakterini bir daha təsdiqləyir.
Çanaqqalada Türkiyənin istiqlalı uğrunda Azərbaycan qəhrəmanlarının qanı, Bakının azad olunması savaşında türk əsgərlərinin şücaətilə yoğrulan bu birlik qalib sərkərdə Atatürkün sevgisi, böyük dövlət adamı Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə dünya tarixində əvəzsiz iz buraxdı. Bu gün həmin prosesi Türk dünyasının liderləri Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev tərəfindən beynəlxalq miqyasa yüksələrək zirvəyə çatdırılıb. Bu zirvənin hüquqi təsdiqi kimi imzalanan Şuşa Bəyannaməsi müasir dünya düzənində ən üstün dövlətlərarası münasibətin simvolu sayıla bilər. Zəfər savaşında mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyə həm Qələbə paradında iştirakı, həm də Şuşa Bəyannaməsi ilə tək dostluq, qardaşlıq mesajını deyil, həm də dünya üçün istənilən təhlükəyə qarşı “Bir millət, iki dövlət” prinsipinin duracağını göstərən həqiqət idi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə - cəmi 23 saat ərzində başa çatdırılması müstəqil dövlətimizin suverenliyinin tam təmin edilməsi ilə nəticələndi. Çoxəsrlik Azərbaycan tarixinin təkrarolunmaz qəhrəmanlıq nümunəsi olan 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılması və sentyabrın 20-də Qarabağda separatçı qüvvələrin tərk-silah edilərək dövlət suverenliyimizin tam təmin edilməsi Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir.
Azərbaycan və Türkiyə heç vaxt olmadığı qədər birgə, əmin addımlarla irəliləyir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında olan sıx dostluq, qardaşlıq münasibətləri iki dövlətin, iki millətin də münasibətlərinə öz müsbət təsirini göstərib. 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması deməkdir. Sabaha bir çağırışdır. Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, möhkəmliyini daha da dərindən bilmək üçün iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir.
Azərbaycan və Türkiyə Prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.”
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.
Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

