Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəyə zəmin yaratdı

Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəyə zəmin yaratdı

25.10.2023 [13:21]

Oktyabrın 25-də  Qubadlı şəhərinin işğaldan azad olunmasının üçüncü ili xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir.

Qubadlı şəhərinin işğaldan azad olunması Zəfərə gedən yolun dönüş nöqtələrindən olmaqla onu daha da yaxınlaşdırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edərək, düşmənin bütün həbi qüvvəsini darmadağın etdi və Azərbaycan bayrağını Qubadlı şəhərində ucaltdı.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın 41  müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə zəngin və kənd təsərrüfatının inkişafında rolu olan rayonlardandır.

Müxtəlif qədim türk toponimlərini özündə cəmləşdirən, Zəngəzurun özünəməxsus gözəlliklərinə  malik Qubadlı rayonu füsünkar təbiətə malik olmaqla əsasən palıd, fıstıq və vələs ağaclarıyla örtülü torpaq örtüyünə malikdir.

Səthi əsasən dağlıq olan rayonun qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatı əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam da budur ki, Qubadlının azad olunması Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yaratdı.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

25 oktyabr 2021-ci il tarixdə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyət nümayəndələri ilə doğma torpaqda görüşərək onları təbrik etdilər.

Bu əziz gündə Qubadlının və işgal altında olan digər torpaqlarımızın azadlığı naminə canlarını fəda etmiş bütün şəhidlərimizi bir daha qürurla anaraq onlara  Allahdan rəhmət diləyirik, başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza güc-qüvvət arzulayırıq.                                         

Bu günlərdə Qubadlı və Cəbrayıl rayonlarına etdiyi səfər əsnasında cənab Prezidentə təqdim edilən Baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, həmçinin memarlıq da nəzərə alınacaq. Cənab Prezidentin səfəri zamanı  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet dövründə  Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Şübhəsiz ki, 44 günlük zəfər müharibəsində və birgünlük antiterror tədbirləri nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəmanlıq səlnaməsi yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi yurdlarımızı, zəhməti, alın təri sayəsində

laləzarlığa - gülüstana  çevirməyə layiq bir xalqdır. Qısa bir zaman kəsiyində həmin ərazilərdə aparılan böyük quruculuq işləri bunu deməyə əsas verir. Təsadüfi deyil ki, Zəngilanda, Fizulidə beynəlxalq hava limanlarının açılışında iştirak etmək üçün Azərbaycana səfər edən qonaqlar  təyyarədən düşərkən ətrafa nəzər salaraq görülən işlərin miqyasının necə böyük olduğunu  xüsusi bir qürurla ifadə edirlər.   Qardaş ölkə Türkiyə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin xüsusi önəm daşıdığını və bütün proseslərdə Türkiyənin Azərbaycanın yanında olacağını xüsusi vurğulayır. Bu həm də Ermənistana və ona havadarlıq edən ölkələrə qardaş ölkənin bir xəbərdarlıq mesajdır. Qubadlının timsalında azad edilmiş bütün ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri hətta xarici ölkələrin tanınmış media orqanlarında da geniş şəkildə tirajlanır. Bu da o deməkdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətli və yeni inkişaf mərhələsinə qədəm qoyan müasir Azərbaycan, artıq dünyada güclü bir tərəfdaşa, öz siyasi-iqtisadi imkanları ilə regionda ciddi söz sahibinə çevrilib.

Bütün bunlar Azərbaycan xalqının xoş gələcəyə ümidlə baxmağına böyük zəmin yaradır.

Bu siyasətin Azərbaycanda alternativi yoxdur.

Təhmasib Rüstəmov

Yeni Azərbaycanın Partiyası Qubadlı rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31