Builki “TEKNOFEST İstanbul”da 195 kateqoriya üzrə yarışlar keçiriləcək
03.09.2025 [18:54]
Sentyabrın 17-dən İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-ə start veriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-dək Atatürk Hava Limanının ərazisində keçiriləcək TEKNOFEST texnologiya yarışmalarından hava nümayişlərinə qədər müxtəlif tədbirlərə ev sahibliyi edəcək.
Burada 58 əsas və 137 alt kateqoriya üzrə keçiriləcək yarışmalarda ilkin mərhələni keçən komandalar 85 milyon lirədən artıq maddi dəstək əldə edəcəklər. Yarışmada qalib gələnlərə isə ümumilikdə 65 milyon lirədən çox mükafat veriləcək.
Festival çərçivəsində hava nümayişləri, konsertlər, müxtəlif sərgilər və emalatxanalar, simulyasiyalı təcrübə məkanları, planetarium, sərgilər, tələbələr üçün xüsusi uçuş tədbirləri kimi bir çox təcrübə təqdim olunacaq. İştirakın tamamilə ödənişsiz olduğu “TEKNOFEST İstanbul”a daxil olmaq üçün ziyarətçilərin onlayn qeydiyyatdan keçməsi tələb olunur. Festival çərçivəsində hər bir iştirakçı üçün ayrıca bilet hazırlanmalıdır, lakin 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat şərti yoxdur.
Qeyd edək ki, bu il ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan festival daha sonra “TEKNOFEST Mavi Vətən” bölməsi ilə İstanbulda ziyarətə açıldı. Türkiyənin qədim dənizçilik irsini yerli və milli texnologiyalarla birləşdirən “TEKNOFEST Mavi Vətən” təxminən 175 min ziyarətçini qəbul edib. Burada ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu ilə yanaşı Qazi Mustafa Kamal Atatürkün təmiri tamamlanan yaxtası TCG Savarona, həmçinin Oruçreis, İstanbul, Heybeliada, Kalkan, Alanya, Sancaktar gəmiləri və Hızırreis sualtı gəmisi də nümayiş etdirildi.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

