Multikulturalizm Mərkəzinin növbəti treninqləri başa çatıb
07.06.2024 [16:05]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb. Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti, ADNSU nəzdində Bakı Neft - Energetika Kolleci və Şuşa Humanitar kollecindən ümumilikdə 20 müəllim iştirak edib.
Treninqlər çərçivəsində Azərbaycan Respublikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan İlahiyyat İnstitutunun tədris elm və inzibati bölməsi, eləcə də elmi-tədqiqat və tərbiyə işləri üzrə dekanı Elnurə Əzizova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Adəm Bakuvi, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimov, BBMM-nin Layihələr şöbəsinin əməkdaşları Tahirə Ələsgərova, Fidan Hadi, eləcə də İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin əməkdaşları Billurə Aslanova və Şahnaz Abdullayeva mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, Zərdüştilik, Yəhudilik, Buddizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm, Çaynizm, Xristianlıq, İslam, Qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və digər mövzularda mühazirələr təqdim edilib. Daha sonra qeyd olunan mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran müəllimlərə və Mərkəzin beynəlxalq konfranslarında köməklik göstərən könüllülərə sertifikatlar təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi, Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə treninqlər təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

